Azalmayan dəyərin və populyarlığın sirri – Zəfəran / İkinci yazı
12.08.2021 20:34

Alim, həkim, şair, filosof İbn Sina "Tibbi qanunlar" kitabında zəfəran bitkisinin 300-dən çox xəstəliyə dərman olduğunu yazıb. XVIII əsrdə Bakının gerbində dəvə yükünün üstündə çiçək açmış zəfəran təsviri olub. Bu da onu izah edir ki, Abşeronun rəmzinə çevrilən zəfəran hələ o dövrlərdən Bakıda əkilib-becərilirdi. Dünyanın bir çox ölkələrində becərilsə də, Abşeron zəfəranı keyfiyətinə görə seçilirdi.

 

Aztibb.az xalq təbabətində istifadə edilən, onlarla xəstəliyə faydalı olması zamanın sınağından uğurla çıxan və indiki elmi-texniki tərəqqi əsrində də tibbi əhəmiyyəti öyrənilməkdə olan zəfəranın müalicəvi xüsusiyyətləri haqqında növbəti yazını təqdim edir.

 

Mütəxəssislər zəfəranın bütün xəstəliklərin 85%-ni müalicə edə biləcəyini və 300-dən çox fərqli dərmanın tərkibinə daxil olduğunu söyləyirlər.

 

Zəfəran qoxusu baş ağrısını aparır, menstruasiya zamanı ağrıları azaldır və yüksək əhval yaradır. Zəfərandan dəmlənən çay insanı yüksək tonusda saxlayır. Bunun üçün bir neçə zəfəran teli qaynar suda dəmlənilir və içilir.

 

Zəfəran astma və yuxarı tənəffüs yolu xəstəliklərinin müalicəsində istifadə olunur. Zəfəranlı çay tənəffüs xəstəlikləri, həzm, sinir və ürək-damar xəstəlikləri, sidik-cinsiyyət və immun sistemlərinin pozğunluqları üçün faydalıdır.

 

Təbii bal ilə zəfəran böyrək daşlarını əzməyə kömək edir. Süddə dəmlənmiş zərəran öskürək zamanı çox yaxşı müalicəvi təsir edir, bəlğəmi durulaşdırır və onun orqanizmdən çıxmasını asanlaşdırır. İsti südlü zəfəran beyin toxumasının böyüməsinə və yenilənməsinə kömək edir və yaddaşı yaxşılaşdırır.

 

Zəfəran yağı kosmetologiyada kremlərin bir hissəsi olaraq istifadə olunur. Zəfəran olmadan Tibet təbabətini təsəvvür etmək mümkün deyil. Bu bitki Tibet buxuru üçün ən dəyərli və əvəzedilməz komponent hesab edilir. Bitkinin tərkibindəki serotonin maddəsi sevinc hormonu adlanır.

 

Şərqdə zəfərandan kişi xəstəliklərinin və qadın sonsuzluğunun müalicəsində istifadə olunur. Potensiyanı artıran bu bitki prostatın müalicəsində tövsiyə edilir.

 

Hamilə qadınlar üçün zəfəranın qəbulu təhlükəli hesab edilir. Çünki yüksək dozalarda bu bitki uşaqsalmaya səbəb ola bilər. Qədimdə qadınlar zəfəranı arzu edilməyən hamiləlikdən qurtulmaq üçün istifadə edirdilər.

 

Bu bitki təkcə daxilə deyil, dəri üzərindən də tətbiq edilir. Zəfəran dəri və saç problemlərini aradan qaldıran təsirli bir vasitədir. Zəfəran losyonları şiddətli baş ağrılarını aradan qaldırır və qulaq iltihabına kömək edir. Ondan boya maddəsi kimi saçların və parçanın rənglənməsi üçün istifadə edilir.

 

Zəfəran tellərini toplamağın ən uyğun vaxtı səhər tezdəndir. Tellər çiçəkdən ehtiyyatla çıxarıldıqdan sonra qurudulur və yalnız onlardan dərman və ədviyyat olaraq əsl zəfəran alınır.Təsəvvür edin ki, 240 mindən çox qırmızı zəfəran teli toplandıqda yarım kiloqram təşkil edir. Bu da 75 mindən çox çiçəkdən alınır.

 

Adətən bazarlarda zəfəran kimi satılan "yalançı zəfəran” adı ilə məhşur olan əsl zəfəran çiçəyi deyil. Əsl zəfəranın rəngi qırmızı olur, yalançı zəfəran isə narıncı rəngə çalır. Ölkəmizdə yabanı zəfəranın 6 növü bitir.

 

 

 

Sənaye miqyasında zəfəran daha çox İran, Yunanıstan, İspaniya, Fransa, İtaliya, Türkiyə, Pakistan, Əfqanıstan,Yeni Zelandiya, ABŞ, Çin və Yaponiyada istehsal edilir. Zəfəran məhsulunun dünya üzrə ümumi payının 94 faizi İrana məxsusdur. Əksər əkin sahələri Cənubi Azərbaycan ərazisində yerləşir.

 

İspaniya, İran və Hindistanın Kəşmir zəfəran brendləri dünyada çox tanınır. Qramı on dollardan baha satılır.

 

Azərbaycanda isə zəfəran vaxtilə daha çox Abşeronda yetişdirilib. Keçmiş SSRİ-də yeganə zəfəran sovxozu Bilgəh qəsəbədə yerləşirdi. Sovxozun elmi laboratoriyası, qurutma qurğuları, ixtisaslı kadrları olub. II Dünya Müharibəsi dövründə sovxozun ərazisi təxminən 450 hektar idi və ildə yarım tona qədər məhsul alınırdı. Hazırda isə zəfəran respublikamızda fərdi sahələrdə əkilir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev