Reanimasiyada olanların 97-98%-i peyvənd vurdurmayıb
11.08.2021 16:00

Azərbaycanda COVID-19-a yoluxanların sayının ciddi artması xəstəxanalarda da vəziyyəti çətinləşdirib. 

 

ATV-nin “Yeni klinika”dan hazırladığı reportajda qeyd olunur ki, onlarla insan reanimasiya şöbəsində yaşamaq uğrunda mübarizə aparır. 

 

Bildirilir ki, xəstəxananın reanimasiya otağı tam doludur, bununla yanaşı rezerv çarpayılar da açılıb. Reanimasiyada olan 30-a yaxın COVİD xəstəsinin hamısı koma vəziyyətindədir, onlardan yalnız bir nəfər sərbəst fikirlərini ifadə edə bilir.  

 

Pasiyentlərdən biri xəstəliyin ona oğlundan keçdiyini qeyd edir. O, peyvənd olunmadığını və xəstəliyi ağır keçirdiyini vurğulayıb. Xəstəxanada 1 yaşlı  körpə də koronavirusdan müalicə olunur. 

 

Baş tibb bacısı Könül Quliyeva vətəndaşlara çağırış edib: “Bizi də nəzərə alsınlar. Həm psixoloji, həm də fiziki çox travma alırıq. Tədbirlərə icazə verilsə də, vətəndaşlar özləri məsuliyyətli olsunlar”.

 

Klinikanın reanimasiya şöbəsinin müdiri Emil Qasımov bildirib ki, son iki həftədə vəziyyəti ağırlaşan xəstələr var: “Yeganə çıxış yolu vaksinasiya və sosial izolyasiya qaydalarına əməl etməkdir. Pandemiya artıq peyvəndlənməyənlərin pandemiyasına çevrilir. Reanimasiyada olan xəstələrin 97-98 faizi peyvənd olunmayanlardır. Ağırlaşanların hamısı peyvənd olunmayan xəstələrdir”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub