Mədəaltı vəzi nədir?
11.08.2021 10:30

Mədəaltı vəz qarının arxasında, 6 düym uzunluğunda süngərə bənzər balon şəkilli orqandır.

 

Aztibb.az xəbər verir ki, mədəaltı vəzin iki vacib vəzifəsi vardır: bağırsaqların qidaları parçalamasına kömək edən həzm şirəsi istehsal etmək və orqanizmin qlükoza və nişasta istifadəsini tənzimləyən hormonlar
istehsal etmək.

 

Mədəaltı vəz xərçəngi bədxassəli hüceyrələrə bölündüyündə və mədəaltı vəz toxumalarına yayıldığı zaman əmələ gəlir.


Xəstəliyi yaradan faktorlar: içki, siqaret, zərərli qidalanma, çox yemək, yağlı, heyvan mənşəli qidalar, xroniki iltihabi xəstəliklər, diabet, mədəaltı vəzin pankreatiti və s.-dir.

 

Mədəaltı vəzdə şiş olmasını göstərən əsas simtpomlar:

-İştahın qəfil, səbəbsiz kəsilməsi və kəskin arıqlama
-Tez yorulma, səhərlər belə yerindən qalxmaq istəməmək
-Titrətmə və səbəbsiz qızdırma, sonra qızdırmanın itməsi
-Qarın boşluğu, mədəaltı və mədə üstündə uzun, küt ağrı, sancı, kürəyə yayılan ağrı
-Gecələr belə ağrı, qəfil ağrıdan yuxudan oyanma
-Ümumiyyətlə, ağrı insan uzanan yerdə artır
-Mexaniki sarılıq – dərinin, göz bəbəyinin saralması
-Sidiyin tünd pivə rəngi alması
-Nəcisin rəngsizləşməsi, ağarması
-Dəri səthində qaşınmalar, nəticədə xəstənin yata bilməməsi, əsəbi olması

 

Mədəaltı vəzi həzm üçün lazımi fermentlər hasil etdiyindən, şiş zamanı bu fəaliyyətini icra edə bilmir, pozulur və ferment defisiti yaranır. Nəticədə xəstə tez-tez nəcisə gedir, qarnı çox köpür, yeməkdən sonra ağırlıq hiss edir, nəcis çox yağlı, yapışqanlı olur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev