Hande Harmancı: Son bir ayda Azərbaycanda koronavirusa gündəlik yoluxma halları 10 dəfə artıb
11.08.2021 09:19

Koronavirus pandemiyası ortaya çıxdığında Azərbaycan çox sürətli bir şəkildə tədbir görməyə başladı. Öncəliklə sərhədlərdə tədbir həyata keçirildi, sonra xəstəxanalardakı infrastrukturun gücləndirilməsinə başlanıldı. Bununla yanaşı, çoxsaylı ləvazimatlar, mexaniki ventilyatorlar, oksigen konsentratorları alındı. Əhalinin maarifləndirilməsi, səhiyyə işçilərinin bilik və bacarıqlarının artırılması istiqamətdə işlər görüldü. Bu zaman Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) olaraq əlimizdən gəldiyi qədər hökumətə dəstək verməyə çalışdıq.

 

Azərbaycanda pandemiya ilə mübarizədə atılan ən önəmli və uğurlu addımlardan biri də Operativ Qərargahın qurulmasıdır. Operativ Qərargahda müxtəlif nazirlik, agentlik, qurum təmsil olunur. Onların bir Qərargahda birləşməsi, bir-birindən xəbərdar olması, birgə işləməsi çox vacib idi. Düşünürəm ki, ən önəmli və erkən nailiyyətlərdən biri də elə bu oldu. Bundan başqa, çox qısa müddətdə elektron rəqəmsal infrastruktur yaradıldı. Pandemiya çox pisdir lakin bir yandan da onunla mübarizə aparan ölkələr bir çox əskiklərini gördülər. Ölkələrin həm infrastruktur, həm də innovasion sahədə gücləndirməli olduğu yerlər müəyyənləşdi. Düşünürəm ki, qarşıdakı illərdə burdan öyrəndiklərimizlə çox böyük addımlar ata bilərik.

 

Aztibb.az xəbər verir ki, bunu ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

 

H.Harmancı son zamanlar dünyada artan yoluxma hallarından da bəhs edərək deyib: "Epidemioloji vəziyyətlə əlaqədar bir az rahatlanmalar başladığı və məhdudiyyətlərin yumşaldılması zaman COVID-19-a yoluxma hallarının artacağını təxmin edirdik. Bu, bütün dünyada belə oldu. ÜST bunun data bazasını toplayır. Məlumdur ki, nə qədər çox sərt tədbir alınırsa, yoluxma sayı bir o qədər azalır. Nə qədər çox yumşalmalar olarsa, yoluxma sayları bir o qədər artır. Bu, pandemiyanın bitmədiyi anlamına gəlir. Lakin hər zaman eyni təzyiqi göstərərək insanlarla davranmaq olmaz. Bu işin iqtisadi, sosial, psixoloji və s. tərəfləri də var. Hökumətlər, o cümlədən Azərbaycan hökuməti ölkədəki epidemioloji vəziyyəti nəzərə alaraq bəzi məhdudiyyətləri yumşaltmaq qərarına gəldilər. Bu, bir az özümüzə gəlməmiz üçün önəmli bir fürsətdir. Lakin təxminən son bir ayda yoluxma saylarında sürətli şəkildə artım müşahidə olunur. Belə ki, bu müddətdə COVID-19-a gündəlik yeni yoluxma halları 10 dəfə artıb. Yoluxma halları hətta ikirəqəmli ədədlərlə ifadə olunurdu, hazırda isə 1000-dən çoxdur. Azərbaycanda hər gün təxminən 10 min civarında diaqnostik test icra olunur. Aparılan testlər arasında pozitiv nəticələrin payı 2 faizdən 13 faizə qədər artıb. Bu, o deməkdir ki, əhali arasında koronavirusla xəstələnənlərin sayı artır.

 

Pandemiya dövründə Azərbaycanın nailiyyətlərindən biri də burada çox yaxşı laboratoriyaların qurulmasıdır. Laboratoriyalarda aparılan testlərdə ölkədə koronavirusun "delta" variantının olması təsdiqini tapıb. Yoluxma sayları da artır. Hər iki vəziyyət bizə deyir ki, bu iş bitmədi. Əgər tədbir görməzsək, sentyabrdan başlayaraq yenidən gündəlik yüksək rəqəmlərin şahidi ola bilərik. Onu da qeyd edim ki, havanın temperaturunun koronavirusun yayılmasına heç bir təsiri yoxdur. Lakin payız mövsümündə hava soyuduqca vətəndaşlar qapalı məkanlara üz tutacaq, qapı-pəncərələr bağlanacaq və hava dövriyyəsi azalacaq. Bütün bunların yoluxma hallarının artımına səbəb olduğu məlumdur". 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər