Baş infeksionist: "COVID-19-un fəsilliyi haqqında danışmaq hələ tezdir"
09.08.2021 11:02

Məlum olduğu kimi, soyuq aylarda respirator virus infeksiyalarına yoluxma hallarında artım qeydə alınır. Buna da infeksiyanın fəsilliyi deyilir. COVID-19 infeksiyasının fəsilliyi haqqında danışmaq hələ tezdir. Çünki pandemiyanın başlanmasından cəmi bir il yarım keçib. Bunu zaman göstərəcək ki, həmin infeksiya həqiqətən fəsillik xarakterlidir yoxsa yox. Lakin hər halda soyuq aylarda insanların həyat tərzində dəyişiklik müşahidə edilir. Yəni onlar daha çox qapalı məkanlara üz tuturlar və təmaslar sıx olur. Nəticədə yoluxma şansı daha çox artır. Buna görə də payız aylarında yoluxma hallarının artımını proqnozlaşdıra bilərik. Lakin nəzərə almaq lazımdır ki, burada əngəlləyici faktor vaksinasiya prosesidir. Əgər əhalinin vaksinasiyası yetərli sayda olsa, müəyyən qədər artımın qarşısı alına bilər. Nəticədə koronavirusa yoluxma halları ötən ilin noyabr-dekabr aylarında qeydə alınan saylar qədər olmaz. Yoluxma o həddə çatarsa belə peyvəndləmənin hesabına xəstəxanalara yerləşdirilənlərin, ağır halların və ölümün sayı az olar.

 

Bu sözləri Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

 

"Hazırda yoluxma sayının artımı əsas deyil. Burada əsas olan hospitalizasiya olunanların, xəstəliyi ağır keçirənlərin və letal halların sayıdır. Vaksinasiyanın əhatə dairəsi artdıqca həmin göstəricilərdə də dəyişiklik olacaq. Ona görə də vaksinasiyada aktiv iştiraka çalışmalıyıq. Daha yoluxucu ştamları nəzərə alsaq, epidemioloji zənciri qırmaq üçün əhalinin təxminən 70-80 faizində immunitet olmalıdır. Ölkəmizdə COVID-19-la xəstələnənlərin sayı çoxluq təşkil etmir. Belə ki, koronavirusa yolxunların sayı 352 minə yaxındır. Bir doza vaksin alanların sayı isə 3 milyonu ötüb. Gün ərzində təxminən 60 min nəfər peyvənd olunur. Bu da o deməkdir ki, iki aydan sonra ölkəmizdə kifayət qədər insan vaksinasiyadan keçmiş olacaq. Təbii ki, bunlar hamısı son nəticədə öz sözünü deməlidir. Yəni, yoluxma hallarının sayında, xəstəxanaların doluluğunda, ağır halların və ölüm faizlərinin azalmasında öz effektini göstərməlidir", - deyə baş infeksionist qeyd edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər