İran Prezidenti yerli peyvəndin ilk dozasını vurdurub
08.08.2021 23:24

İranda koronavirus infeksiyasının geniş yayılması ilə yanaşı, ölkədə vətəndaşlara peyvənd vurulması prosesi davam edir.

 

Aztibb.az xəbər verir ki, avqustun 8-də İranın yeni seçilən Prezidenti Seyid İbrahim Rəisi peyvənd vurdurub. İran Prezidentinin mətbuat xidmətindən bildiriblər ki, Prezident İranın milli istehsalı olan “Cov İran Barakat” peyvəndi vurdurub və özünü çox yaxşı hiss edir. Qeyd edək ki, İranın milli peyvəndi əhaliyə iyunun 14-dən vurulur. Bu peyvənd Məhşəd alimlərinin səyi nəticəsində meydana gəlib. Preparat kliniki testdən keçirilib və səmərəli olduğu müəyyənləşib.

 

İranın Səhiyyə Nazirliyinin yaydığı digər xəbərə görə, avqustun 8-də İranda 39 min 616 nəfər virusa yoluxub, 542 nəfər isə ölüb. Göründüyü kimi, İranda yoluxaraq ölənlərin sayında artım müşahidə edilir. Ölkədə yoluxanların ümumi sayı 5 milyona yaxınlaşır. Bununla yanaşı, xüsusi xəstəxanalarda müalicə alan 3 milyon 539 min 35 nəfər sağalaraq evə buraxılıb.

 

İran mətbuatı yazır ki, yeni Prezident İbrahim Rəisi rəhbərlik edəcəyi kabinetin ilk iclasında COVID-19 virusu ilə mübarizə tədbirlərinin müzakirəsinə geniş yer ayıracaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər