Kasnı bitkisinin müalicəvi faydaları - Dəmləmə resepti
04.08.2021 12:14
Kasnı bitkisi xalq təbabətində geniş istifadə olunur. Kasnının tərkibi insulinəbənzər maddələrlə zəngindir, qanda şəkərin səviyyəsini tənzimləyir, qaraciyər hüceyrələrini yeniləyir, yüksəlmiş xolesterini salır, qaraciyər mənşəli köpməni aradan qaldırır.
 
Aztibb.az xəbər verir ki, kasnı mədəaltı vəz iltihabında istifadə olunan və geniş təsir spektrinə malik nadir bitkilərdən biridir, həm qaraciyər, həm mədəaltı vəz xəstəliklərində köklərinin dəmləməsi içilir. Kasnı şəkər xəstələri üçün faydalı olmaqla yanaşı, yüngül işlədici təsir göstərir, bununla da qəbizlik və babasil zamanı şəfalı olur. İmmuniteti yüksəldir, xroniki bronxit və bədəndə gedən bütün iltihabi xəstəliklər üçün faydalıdır.
 

Kasnı Azərbaycanın hər tərəfində bitən bir bitkidir. İstifadə qaydası belədir: 1 çay qaşığı kasnı kökü 1 stəkan suda 10 dəqiqə dəmlənir, dəmləmə ilıq olanda süzülür, ona 1 çay qaşığı bal və 1 çay qaşığı limon şirəsi əlavə olunur. Gündə 3 dəfə yeməkdən əvvəl ilıq halda içilir. Kasnı köklərini yığın, qurudun, sonra tavada qovurun və üyüdün, çox dadlı və faydalı bir qəhvə əldə etmiş olacaqsınız.

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev