Koronavirusun bütün əsas ştamları üçün sprey hazırlanıb
02.08.2021 09:18

Estoniyalı professor Martin Ustav koronavirusdan qorunmaq üçün burun spreyi yaratdıqlarını bildirib.

 

Aztibb.az İNTERFAX-a istinadla bildirir ki, burun üçün damcılar COVID-19-a qarşı anticisimlərın qarışığından ibarətdir. "İscosagen" şirkətində aparılan elmi-tədqiqat işlərinə professor M.Ustav rəhbərlik edib.

 

Alimin sözlərinə görə, dərman-damcılar hazırda bütün mövcud koronavirus növlərindən qorumaq gücündədir. Buna baxmayaraq, alimlər dərmanın daha təkmil olması üçün tədqiqatlarını davam etdirirlər.

 

"Virusdakı dəyişiklikləri müntəzəm izləyir və hələ yayılmamış ştamları neytrallaşdırmağa çalışırıq",- deyə Ustav bildirib.

 

"BioBlock" adlandırılan dərmanın üzərində "İcosagen"in alimləri ilə bərabər "Chemi-Pharm" şirkətinin, habelə Tartu Universiteti və Estoniya Təbiət Elmləri Universitetinin mütəxəssisləri çalışıblar.

 

Dərmanın kütləvi istehsalı üçün icazə verilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər