Rusiyalı alim: “Kütləvi peyvəndləmə daha təhlükəli infeksiya variantlarının qarşısını alacaq”
01.08.2021 10:07

“Koronavirusun “delta” variantının səbəb olduğu xəstəliyin inkubasiya müddəti daha qısadır. “Delta”ya yoluxduqda COVID-19-un gedişi daha da ağırlaşır”.

 

APA xəbər verir ki, bunu Rusiya Mərkəzi Epidemioloji Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini, Elmlər Akademiyasının müxbir üzvü Aleksandr Qorelov deyib.

 

Mütəxəssis bildirib ki, xəstəliyin gedişatının daha ağır olduğu görünür: “Belə xəstələrin müalicəsi, əlbəttə ki, həm daha mürəkkəb, həm də uzun çəkir. Beləliklə, ümumi statistika və xəstəliyin daha uzun sürdüyü məntiqi nəticəyə gəlinir”.

 

A.Qorelov virusun yoluxma qabiliyyətinin artması səbəbindən xəstəliyin inkubasiya müddətinin qısaldığını da izah edib: "Xəstəliyin yoluxma səviyyəsi 2-2,5 dəfə artıb. Əvvəllər 1-2 idi, indi isə 5-6-ya çatır. Yəni 1 nəfər qısa müddətdə 5-6 nəfəri yoluxdura bilir. Buna görə də təkrar-təkrar deyirəm, yalnız əhalinin kütləvi peyvənd edilməsi nəinki infeksiya zəncirini kəsməyimizə kömək edəcək, həm də yeni, daha təhlükəli infeksiya variantlarının ortaya çıxmasının qarşısını alacaq”.

 

Xatırladaq ki, koronavirusun "delta" versiyası ilk dəfə ötən ilin oktyabr ayında Hindistanda aşkar edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər