Dünyada vurulan COVID vaksini dozalarının sayı 4 milyard 70 milyonu ötüb
30.07.2021 16:20

İyulun 30-dək dünya üzrə COVID-19 virusuna qarşı vurulan peyvənd dozalarının sayı 4 milyard 70 milyonu ötüb.

 

Aztibb.az vaksinasiyanın statistikasını aparan "Ourworldindata.org" saytına istinadla xəbər verir ki, hazırda Çin dünyada ən çox peyvənd vurulan ölkədir - 1 milyard 620 milyon doza. Bu göstəriciyə görə ikinci və üçüncü yerlərdə qərarlaşan Hindistanda 456 milyon 33 min, ABŞ-da 344 milyon 70 min doza peyvənd vurulub.

 

Vurulan vaksin dozalarının sayına görə ilk onluğa, həmçinin Braziliya (140 milyon 30 min), Almaniya (91 milyon 570 min), Böyük Britaniya (84 milyon 520 min), Yaponiya (84 milyon 10 min), Türkiyə (72 milyon 61 min), Fransa (71 milyon 910 min) və İtaliya (67 milyon 540 min) daxildir.

 

COVID-19 pandemiyasının statistikasını aparan "Worldometers" portalının məlumatına əsasən, hazırda dünya üzrə 197 milyon 525 mindən çox yoluxma qeydə alınıb, 4 milyon 218 mindən çox insan isə həyatını itirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər