"Hər bir xəstəxananın həkim-epidemioloqu olmalıdır" - Yaqut Qarayeva  
30.07.2021 16:32

Xəstəxanalarda infeksiyaya nəzarət proqramı üçün güclü mikrobiloji laboratoriya olmalıdır.

 

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva “Xəstəxanalarda infeksiyaya nəzarət proqramlarının tətbiqi” mövzusunda proqramda bildirib.

 

Y. Qarayeva deyib ki, qərbdə epidemioloqlar həkim deyil, daha çox biostatistika üzrə mütəxəssislərdir:

 

“Bizim isə çox gözəl tibb təhsili almış epidemioloqlarımız var. İnfeksionist həkimlər diqqəti daha çox xəstələrə yönəldirlər. Hər bir xəstəxananın həkim-epidemioloqu olmalıdır. Mənim TƏBİB-ə gəlməkdə əsas məqsədim xəstəxanalarda infeksiyaya nəzarət proqrammı qurmaq idi. Mən bununla bağlı xaricdə təhsil almışam. Pandemiya bizə bu yöndə təkan verdi. Ancaq biz hazırda hələ ancaq COVID-19-la mübarizə aparırıq. Biz 1 il ərzində nə edə bildik? TƏBİB-in xüsusi əmri oldu ki, TƏBİB-in tabeliyinə olan bütün müəssisələrdə infeksiyaya nəzarət komitələri yaradılmalıdır. Mütləq infeksiyaya nəzarət üzrə məsul şəxslərin təyin olunması əmr edildi. Bəlkə biz bu gün bir region xəstəxanasında bu işin başına bir həkim-epidemioloq, bir infeksionist qoya bilmirik, bu, resurs məsələsidir. Amma hər hansı bir həkimin bu işə məsul olduğunu deyə bilirik. ÜST-ün 1 il ərzində infeksiyaya nəzarətlə bağlı təlimləri də oldu. Mütəxəssislərimiz Türkiyəyə getdilər və bu işi öyrəndilər”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər