“Delta” ştammının yayıldığı ölkələrin sayı 132-ə qalxıb  
28.07.2021 19:31

Yüksək yoluxuculuğu ilə fərqlənən koronavirusun “delta” ştammının yayıldığı ölkələrin və ərazilərin sayı iyulun 20-dən 27-dək 8 ölkə artaraq 132 -yə çatıb. 

 

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik epidemioloji bülletenində deyilir.

 

Ümumilikdə, "narahatlığa səbəb olan variantlar" kateqoriyasına aid edilən dörd ştamın (“alfa”, “beta”, “qamma” və “delta”) coğrafiyası “böyüməkdə davam edir”. ÜST bu qrupa daxil olan dörd ştamın dünyada davam edən yayılmasından narahatdır. İlk dəfə 2020-ci ilin sentyabr ayında Böyük Britaniyada aşkar olunan “alfa” variantı iyulun 27-nə olan məlumata görə 182 ölkədə (bir həftə əvvəl 180 ölkə idi) mövcud idi. Keçən ilin avqust ayında Cənubi Afrikada aşkar olunan “beta” variantı, hazırda 131 dövlətdə (keçən həftə 130 ölkə idi) mövcuddur, sentyabr ayında Braziliyada aşkar edilən "qamma" variantı isə, yeddi gün ərzində coğrafiyasını 78-dən 81 ölkəyə qədər genişləndirib.

 

Son bir həftə ərzində dünyada yoluxma hallarının sayı 8 faiz artıb: koronavirusa 3,8 milyondan çox yeni yoluxma halı aşkar edilib. Eyni zamanda, ölüm hallarının sayı 21 faiz artıb, həftə ərzində 69 mindən çox ölüm halı qeydə alınıb. ÜST-nin iyulun 27-nə olan məlumatına görə, pandemiya başlandığından bəri dünyada koronavirusa 194 608 040 yoluxma halı və 4 170 155 ölüm halı qeydə alınıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub