Qulaq tutulması və TƏBİİ ÇARƏLƏR
25.07.2021 12:17
Qulaq tıxanıqlığı və tutulmaları bir çox insanın üzləşdiyi problemdir. Yüksəkliyə qalxdıqda, duş zamanı qulağa su qaçdıqda, qulaq kirinin içəriyə doğru tıxanması səbəbindən qulaq tutulması baş verir. Eləcə də soyuqdəymə və qripdən sonra, frontit və haymorit, orta qulaq iltihabı zamanı da bu hal yaşanır. Əgər sizdə sonuncu ilə bağlı qulaq tutulması olubsa ud hindinin evkalipt ilə olan yağından istifadə edin.
Aztibb.az xəbər verir ki, bu barədə həkim-fitoterapevt Fizuli Hüseynov məlumat verib.
Onun sözlərinə görə, evkalipt antiseptik və antibakterial təsir edir. Biz bura həm də iltihabəleyhinə propolis də əlavə etmişik. Demək olar ki, 90 % xəstələrdə bu yağı tətbiq etməklə yaxşı nəticə əldə etmişik. Deməli, uzanıqlı vəziyyətdə həm qulağa, həm də buruna səhər – axşam olmaqla bir neçə damcı bu yağdan tökürsünüz. “Bəs niyə buruna da?” – soruşa bilərsiniz. Qulaqda yevstax borusu var, bu boru orta qulaqla burun-udlağı əlaqələndirir. Yevstax borusunun ən əsas funksiyaları orta qulaq təzyiqini xarici mühit təzyiqi ilə eyniləşdirmək, orta qulaqda yığılan mayelərin boşaldılmasını təmin etmək və orta qulağı burun nahiyəsindən gələn infeksiya və mayelərdən qorumaqdır. Yevstax borusu infeksiya və ya allergiyalar səbəbilə zəifləyə bilir. Məhz buruna da bu yağdan tökdükdə həmin hissəyə nüfuz edir.
Fizuli Hüseynov əlavə edib ki, əgər qulaq tutulması keçməzsə 1 stəkan qaynamaqda olan suya 1 çay qaşığı qarazirə yağı, 1 çay qaşığı udi hindi tozu və 1 çay qaşığı evkalipt yağı tökün. Asta xodda saxlayın ki, buxarlanma asta-asta olsun, həm də üzünüzü yandırmasın. Başınıza dəsmal ataraq bu suyun buxarları ilə 10-15 dəqiqə tənəffüs edin. Bunu 20 gün hər axşam davam etdirin.
"Qeyd edim ki, sizdə təzyiq fərqi nəticəsində qulaq tutulması baş veribsə saqqız çeynəməklə bunu aradan qaldıra bilərsiniz. Əgər tutulma ilə yanaşı 5-7 günü aşan davamlı qulaq ağrısı, qulaq axıntısı, baş dönməsi, qusma və burun qan sızması kimi müşayiət olunan bir əlamət varsa səbəb (qulaq pərdəsinin yırtılması, şiş və s) başqa ola bilər, o zaman mütləq müayinə olunun", - deyə həkim-fitoterapevt bildirib.
Bu bölməyə aid digər xəbərlər
ABŞ-da narkolepsiya üçün ilk kompleks təsirli dərman təsdiqlənib
07.08.2026 | 20:27
Gələn ildən tibb tələbələri qapalı atom şəhərlərində təcrübə və iş imkanı əldə edəcək
07.08.2026 | 19:32
Ağır COVID-19 xəstələrində herpes virusunun aktivləşməsi ölüm riskini artıra bilər
07.08.2026 | 18:38
Yeni tədqiqat: Atanın yedikləri körpənin inkişafına təsir göstərə bilər
02.08.2026 | 20:00
Divertikulyoz və divertikulit: Fərq nədir?
02.08.2026 | 10:30
Çində 16 min il əvvəl yaşamış insanın üzü rekonstruksiya edilib
03.04.2025 | 11:26
İlon Mask 2025-ci ilin sonlarında görmə qabiliyyətini artıran implantı elan edəcək
03.04.2025 | 10:32
Antibiotiklərə davamlı Staphylococcus aureus ilə mübarizə apara bilən molekul sintez edilib
03.04.2025 | 08:27
Çəki idarə etmək üçün kalori hesablama metodu köhnəlib
03.04.2025 | 07:16
Endokrinoloq oynaqlar üçün ən zərərli dənli bitkilərin adlarını açıqlayıb
02.04.2025 | 11:25
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

