"Yoluxma sayındakı rəqəmlərin daha da artacağını gözləyirik" - Həkimdən XƏBƏRDARLIQ
23.07.2021 14:32
ÜST-ün rəhbəri Tedros Adhanom Qebreyesus bildirib ki, yüksək yoluxuculuq qabiliyyətinə malik “Delta” ştammı tezliklə dünya üzrə dominant olacaq. O da bəyan edilib ki, dünya ölkələri artıq COVID-19 pandemiyasının yeni, üçüncü dalğasının başlanğıcındadır. Çünki hazırda dünyada həm yoluxma, həm də ölüm hallarının yüksək artım tempi qeydə alınır.
 
Son günlər Azərbaycanda koronavirusa yoluxanların sayında artım müşahidə edilir. Ötən günlərdə ölkəmizdə “Delta” ştammı da aşkarlandı. Bu da mövcud durumun gərginliyindən xəbər verir. Görünən odur ki, karantin qaydalarının yumşalması vətəndaşlar arasında arxayınlıq yaradıb.
 
Mövcud durum barədə həkim-infeksionist Natiq Əliyev məlumat verib. Bildirib ki, son günlər koronavirusa yoluxma sayındakı artımlar hər birimizi ciddi surətdə narahat edir:
 
“Yoluxmanın çoxalması o deməkdir ki, dünyada pandemiya bitmədən Azərbaycanda rəqəmlər stabilləşməyə doğru gedirdi. Bu zaman ölkəmizdə karantin qaydaları yumşaldıldı və bu da insanlarda “COVID-19 bitdi” düşüncəsini yaratdı.
 
Bu düşüncənin verdiyi rahatlıq fonunda tələblər unuduldu, yay fəsli gəldiyi üçün də fərdi izolyasiya və gigiyena qaydalarına əməl edilmədi. Bu gün onun nəticəsini yaşayırıq ki, vətəndaşlar arasında artıq “Delta” ştammı da aşkarlanıb.
 
Dəfələrlə vurğulamışdıq ki, “Delta” ştammı daha tez yayılmağa meyllidir. Ona görə də yayılıması sürətli olan bir virus üçün qaydalara əməl edilməyən toplumda xoşagəlməz nəticələr ola bilər.
 
Qarşıdakı dönəmlər xüsusilə, oktyabr ayında mövsümi infeksiyaların artığı dönəmdir. Ona görə də yoluxma sayındakı rəqəmlərin daha da artacağını gözləyirik.
 
Bu da ölkəmizdə karantin qaydalarının yenidən sərtləşdirilməsi və bəzi bağlanmalara gedilməsini göz önünə gətirir. Tam söyləmək üçün qarşıdakı zamanlarda gedişatı izləmək lazımdır. Belə davam edərsə, sərtləşmə qaçılmazdır”.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub