Koronavirusa qarşı kapsul şəklində vaksin hazırlanıb  
22.07.2021 23:10

İsrailin elm adamları ilk dəfə koronavirusa qarşı kapsul şəklində vaksin hazırlayıblar.

 

Aztibb.az İNTERFAX-a istinadən xəbər verir ki, bu barədə “Oramed Pharmaceutical” şirkətinin rəhbəri Nadav Kidron bildirib. O, müvafiq sənədləşmədən və Səhiyyə Nazirliyinin təsdiqindən sonra “Oravax Medical” törəmə müəssisəsi tərəfindən yaxın həftələrdə Təl-Əvivdəki Sourasky Tibb Mərkəzində klinik sınaqlara başlanacağını deyib. 6 həftə davam edəcək sınaqlarda iştirak edəcək 24 könüllünün yarısı bir, digər yarısı isə iki kapsul qəbul edəcək. Könüllülər daha əvvəl peyvəndlənməmiş şəxslər olacaq.

 

Şirkət rəhbərinin sözlərinə görə, yeni vaksin COVID-19-un variantlarına qarşı da təsirlidir.

 

Qeyd edək ki, sözügedən vaksinin hazırlanması ilə bağlı bu ilin mart ayında “Oramed” ilə Hindistanın “Premas Biotech” şirkətinin birgə müəssisə yaradacağı elan edilmişdi.

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər