“Bu halda ehtimal edilən yeni ştammlar azalacaq” - Mütəxəssis
22.07.2021 09:54

“Koronavirusa qarşı yüksək peyvəndləmə ehtimal edilən yeni virus ştammlarının azalmasına səbəb olacaq”

 

Aztibb.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın "Vektor" mərkəzinin Yekaterinburq filialının rəhbəri Aleksandr Semyonov Ümumdünya Səhiyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adan Qebreyesus Tokiodakı çıxışını şərh edərkən deyib.

 

“Əlbəttə ki, ÜST rəhbərinin açıqlaması tamamilə düzgündür, nə qədər çox koronavirusa qarşı peyvənd vurularsa, yaranacaq yeni ştammların gec-tez aradan qalxması ehtimalı daha yüksəkdir”, - deyə mütəxəssis əlavə edib.

 

Onun sözlərinə görə, haqqında danışılan ştammlar yalnız koronavirusla bağlı deyil, bütün digər viruslar üçün də xarakterikdir: “Elmi ədəbiyyatda deyildiyi kimi, müşahidə olunan ştammların mövcudluğu normal, təbii bir prosesdir. Bu səbəbdən əhali nə qədər tez peyvəndlənərsə, epidemiya nə qədər tez dayanarsa, koronavirusun təkamül prosesi o qədər tez bitər”.

 

Xatırladaq ki, ötən gün ÜST-ün Baş direktoru Tedros Qebreyesus Beynəlxalq Olimpiya Komitəsinin Tokioda keçirilən 138-ci iclasında çıxışı zamanı bildirib ki, vaxtında tədbirlər görülməzsə, daha təhlükəli potensial ştammlarla üzləşəcəyik: “Dünyanın öhdəsindən gələ bilməyəcəyi bir sınaq qarşısındayıq. Burda çıxışım zamanı artıq COVID-19-dan yüz nəfər ölür. 8 avqustda Olimpiya alovu sönənə qədər dünyada yüz mindən çox insan koronavirusdan öləcək”.

 

Qebreyesus əminliklə vurğulayıb ki, dünyanın güclü iqtisadiyyata malik ölkələri peyvəndin digər imkansız ölkələrə paylanmasını təmin etsə, bərabər istehsalını stimullaşdırsalar, pandemiya nəzarət altına alına bilər.

 

Onun sözlərinə görə, 2022-ci ilin ortalarına qədər bütün ölkələrin sakinlərinin 70 faizinin peyvəndlənməsi pandemiyanı dayandıracaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub