XIX-XX əsrlərdə Azərbaycanda təcili tibbi yardım – İkinci yazı
19.07.2021 12:00

Azərbaycanda ilk təcili yardım xidməti Bakıda Nobel qardaşlarına məxsus neft buruqlarında işləyən fəhlələrə tibbi yardım göstərmək üçün yaradılıb. Sonralar regionlarda da təcili tibbi yardım məntəqələri xidmətə başladı.


Aztibb.az XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycanda təcili tibbi yardımın yaranma tarixi haqqında növbəti yazını təqdim edir.


Yelizavetpol quberniyası ərazisində ilk kənd qəbul məntəqəsi 1885-ci ildə açıldı. Daha sonra Qazaxda, Qutqaşendə, Tərtərdə, Ağdamda, Zəyəmdə yeni tibb məntəqələri fəaliyyətə başladı.


İrəvan quberniyasının Naxçıvan qəzasında xüsusi tibb müəssisələri XIX əsrin ortalarından yaranmağa başlamışdı.


Bu dövrlərdə Həsən bəy Ağayev, Kərim bəy Mehmandarov kimi həkimlər, habelə maarifpərvər ziyalıların bütün cəhdlərinə baxmayaraq, çar hökumətinin milli müstəmləkəçilik mövqeyi tibbi xidmət sahəsinə də ciddi zərər vururdu.


Həkimlərin azlığı, tibbi-sanitariya xidmətinin kor-koranə təşkili, vəsaitin catişmazlığı xəstəliklərin qarşısını almağa imkan vermirdi.


1918-ci  ildə  yaranan   Azərbaycan Demokratik  Respublikası  bu hallara qarşı ciddi tədbirlərə başladı. Bölgələrə xüsusi epidemioloji həkim dəstələri göndərildi. Təcili tibbi yardım məqsədilə həkim, feldşer, tibb bacısı və sanitarlardan ibarət dəstələr bölgələrdə fəaliyyətə başladı.

 
Beləliklə, XIX əsrin sonu XX əsrin əvvəllərində tibbi-sanitariya sisteminin yaradılması, tibb kadrlarının hazırlanması, kütləvi xəstəliklərə qarşı mübarizə aparılması, tibbi-sanitariya bilikləri və təcrübəsinin yayılması sahəsində müəyyən əməli işlər görüldü və bu işlər öz bəhrəsini verdi.


Sonralar səhiyyə sahəsində köklü islahatlar həyata keçirildikcə tibbin aparıcı sahəsi olan təcili yardım xidməti də təkmilləşməyə başladı.

 

Dünyada 2000-ci ildən etibarən hər il sentyabrın ikinci şənbəsi Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatına üzv ölkələrinin təşəbbüsü ilə təsis edilən Ümumdünya İlk Tibbi Yardım Günü qeyd olunur.

 

Həmin günün yaranma tarixi 1881-ci il dekabrın 8-də Vyana şəhərində teatr binasında baş verən güclü yanğınla əlaqədardır. Yanğın zamanı həlak olan insanların sayı çox olduğuna görə tibbi yardım göstərilməsində problemlər yaranır. İlk dəfə Vyanada müstəqil təcili tibbi yardım xidmətinin yaradılması qərara alınır. Daha sonra Avropanın digər şəhərlərində də təcili tibbi yardım briqadaları fəaliyyət göstərməyə başlayır.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev