Bir sual, bir cavab - Biz daha yüksək inkişaf pilləsindəyik, ya onlar?
19.07.2021 09:12

Alimlər antibiotiklərin, peyvəndlərin yeni-yeni növlərini yaradır. İnsanlar da sağlamlıqları üçün enerji və pullarını sərf efirlər, parazitlər isə növbəti dərmanla “ümumi dil tapırlar” və yeni həyat şərtlərinə uyğunlaşırlar. Biz daha yüksək inkişaf pilləsindəyik, ya onlar?

 

İndi alimlər müəyyən ediblər ki, bizim kimi, mikroblar da öz aralarında danışırlar və bir-biri ilə dil tapırlar. Amma onlar kimyəvi dildə danışırlar, yəni müəyyən molekul buraxırlar və bu da onları bu və ya digər yöndə hərəkət etdirir. Məsələn, qram-mənfi bakteriya olan göy irin çöpünün (Pseudomonas aeruginosa) əməliyyat vaxtı insana yoluxması çox ağır vəziyyət yaradır. Amma əvvəlcə orqanizmə düşəndə o özünü çox sakit, təklükəsiz mikroorqanizm kimi aparır, toksin ifraz etmir, bədənin müdafiə qüvvəsini dəf edəcək qədər çoxalana kimi məqam gözləyir. Ancaq elə ki bu məqam gəldi, kimyəvi siqnal verilir və bütün bakteriyalar toksin ifraz etməyə başlayır. Bu da onların danışmağıdır, indi bunu “kvorum hissi”, yaxud “cəmiyyət hissi” adlandırırlar.

 

Əgər biz onların başa düşdüyü dildə onlarla “danışmağı” öyrənsək, onlarla razılaşsaq ki, bizə zərər vermədən, yəni toksin buraxmadan yaşasınlar, onda antibiotiklərə ehtiyac qalmayacaq. Onlar bizim orqanizmimizdə tapdıqları ilə qidalanırlar. Əgər lap çox olmasalar, biz bölüşə bilərik.

 

Bu gün bir sıra firmalar öz maliyyə vəsaitlərini mikroblarla yola getməyə imkan verəcək preparatların yaradılmasına sərf edirlər. Bu, həmin mexanizmi işə salan “xəbərdarlığın” qarşısını alan, yaxud əksinə, ciddi zərər görmədən yaşamaq üçün orqanizmə şərait yaradan siqnal molekulları olacaq.

 

Qeyd edim ki, bu yeni istiqamətdir, indi-indi tətbiq edilməyə başlayır. İlk belə dərmanlar yaradılır və ola bilər ki, onların sayəsində bu ideyaları həyata keçirmək mümkün olsun. Lakin bu hələ lap başlanğıcdır.

 

akademik Vladimir Sergiyev

Aztibb.az

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
ATU tələbələri Türkiyədə kliniki təcrübə proqramında iştirak ediblər
İsmayıl Əfəndiyev Balakən Gömrük İdarəsində insan alverinə qarşı mübarizəyə dair təlim keçirib
Neftçalada
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
 Naftalan Şəhər Mərkəzi Xəstəxanasında profilaktik peyvənd tədbirləri davam etdirilir   
 Əhalinin sağlam həyat tərzi və davranış risk amilləri ilə bağlı maarifləndirici tədbir keçirilib   
Mərkəzi Gömrük Hospitalının uroloqu AZTV-yə müsahibə verib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
Kəngərli rayonunun Çalxanqala kəndində tibbi müayinə aksiyası təşkil olunub
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Ağlama səsindən xəstəliyin təyini - Körpə səslərini analiz edən süni intellekt
Prezident elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi