Bir sual, bir cavab - Propolis nələrə faydalıdır?    
17.07.2021 11:28

Viruslara qarşı mübarizədə bitkilərlə yanaşı arı məhsulları da öncül sıralardadır. Bunların başında ilk ağla gələn, bütün zərərli viruslara və bakteriyalara qarşı çox təsirli təbii silah – propolisdir. Propolis nələrə faydalıdır?

 

Propolis arıların bitki saplarından, yarpaqlarından və qönçələrindən toplanan güclü antibakterial və antioksidan təsiri olan bir məhsuldur. Arılar bu yapışqan məhsuldan yuvadakı mikrobları məhv etmək və ailələrinin sağlamlığını qorumaq üçün istifadə edirlər. Propolis dünyada məşhur olan ən güclü antioksidanlardandır. Hətta nar şirəsi ilə müqayisədə ondan 80 qat güclü bir antioksidan təsiri var.

 

Adətən izdihamlı mühitdə insanlar mikroblar səbəbindən tez-tez xəstələnirlər. Propolis müntəzəm olaraq qəbul edildikdə toxunulmazlığı gücləndirərək xəstəliklərin tezliyini azaltmağa kömək edir.

 

Propolis həm böyüklər, həm də uşaqlar tərəfindən asanlıqla qəbul edilə bilər. Bal qəbul edə bilirsinizsə, propolisin istehlakının heç bir ziyanı yoxdur. Bundan əlavə, propolisin tənəffüs sistemi xəstəliklərində, ağız yaraları, aftalar, herpes, mədə-bağırsaq xəstəliklərində istifadəsi və xərçəngə qarşı təsirləri elmi sübut edilib. Bədəndəki sağlam və canlı hüceyrələrin sayını artıran propolisin tərkibində B1, B2, C və E vitaminləri, minerallar və amin turşuları var. Lakin onu da lazımi miqdarda qəbul etmək məsləhətdir.

 

Əvvəcə gündə 1 damcı olmaqla 6 ay qəbul edilməlidir. Sonra hər ay 1 damcı artıraraq istifadəni davam etdirmək olar. Onu da deyim ki, qəbul edən allergiyasının olub olmadığını öyrənmək üçün biləyinə bir damla damızdıraraq 15 dəqiqə gözləməlidir, hər hansı bir qızartı, qaşınma, qıcıqlanma və s. simptom yoxdursa, istifadə edə bilər.

 

biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva

Aztibb.az

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev