Azərbaycan Qırğızıstana 40 min doza vaksin göndərib
17.07.2021 10:36

Azərbaycan COVAX proqramı çərçivəsində humanitar yardım kimi Qırğızıstana 40 min doza “AstraZaneca” vaksini göndərib.

 

Belə ki, “Manas” beynəlxalq hava limanında humanitar yardımın təhvil verilməsi mərasimində Qırğızıstanın xarici işlər nazirinin müavini Adaxan Madumarov və digər şəxslər iştirak ediblər.

 

Mərasimdə çıxış edən A.Madumarov Qırğızıstanda epidemioloji vəziyyətin çətin olduğu bir dövrdə humanitar yardım üçün dost Azərbaycana minnətdarlıq edib. O deyib ki, bu addım ölkələrimiz arasında qardaşlığın təzahürüdür.

 

Humanitar yardımın ayrılması ilə bağlı razılıq Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayevin bu il iyulun 1-3-də Azərbaycana səfəri zamanı əldə edilib.

 

Xatırladaq ki, ötən ilin aprelində COVID-19-la mübarizə tədbirləri çərçivəsində Azərbaycan Qırğızıstana 64 ton humanitar yardım göndərmişdi.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər