3-cü doza peyvənd məcburi deyil, həssas qruplara tövsiyə edilir - Nazirlik
15.07.2021 15:59

Koronavirusa qarşı həssas qrupların üçüncü doza peyvəndi qəbul etməsi tövsiyə edilir.


Aztibb.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

 

O, bildirib ki, koronavirus infeksiyası keçirmiş şəxs 6 aydan sonra icazə verilmiş vaksin vurdurmaqla “İmmun serifikatı”nı müddətsiz əldə edə bilər: "3-cü doza isə mövcud immuniteti bir qədər də gücləndirir. Müşahidələr göstərir ki, iki doza vaksin vurduranlarda müəyyən müddət sonra təsir zəifləyə bilir. Bəzilərində bu, 6 ay və daha çox çəkə bilər. Xroniki xəstəliyi olanların digər insanlara nisbətən immuniteti zəifdir, vaksinin təsiri daha qısa müddətdə itir. 60 yaş üzərində xroniki xəstəlikləri olanlarda da immunitet zəifdir, onlar təkrar yoluxduqları halda, xəstəliyi ağır keçirə bilərlər. Ona görə 3-cü dozanın vurulması tövsiyə olunur. Bu, məcburiyyət deyil, sadəcə həssas qruplara tövsiyədir. Bundan asılı olmayaraq, “Vaksin sertifikatı”nın müddətsizliyi dəyişmir”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər