Bir sual, bir cavab - Bitkilər hansı halda faydalıdır?
14.07.2021 12:10

Müalicəvi bitkilərin yetişdiyi yer, yaşamı boyunca üzləşdiyi təbii faktorlar, hansı mövsümdə toplanılması, qurudulma üsulu onun müalicəvi əhəmiyyətinə təsir edirmi?

 

Bitki ehtiyatlarının təyini üzrə aparılan sərvətşünaslıq tədqiqatlarının əsas mahiyyəti həm də dərman bitkilərinin səmərəli istismarını öyrənməkdir. Hər bir bitkinin yaşadığı və yaşaya biləcəyi ekoloji mühit əsas faktordur, əgər onları becərmək lazım gələrsə yaşadığı mühitə uyğun ərazi seçilməlidir. Çünki bitkilərin tərkibində olan təsiredici maddələr mühit faktorundan asılı olaraq artıb azala bilər.

 

Əlbəttə bitkilərin toplanılması, qurudulması və saxlanılması normalara uyğun olmazsa dərman keyfiyyətini tam itirmiş olar.

 

Dərmаn bitkiləri tədarük edilərkən zəruri şərtlərə mütləq əməl etmək lazımdır.

 

Belə ki, bu bitkilərinin tоplаnmаsı ərаzisi şəhər ətrafından 5 km, yоllаrdаn 300 m аrаlı оlmаlı, əsasən yохuşlаrdаn, dаğ çаylаrının kəndə yахın yеrlərindən tоplаnılmаlı, ekоlоji təmizliyə nəzаrət еdilməlidir. Həmçinin bitkiləri toplayarkən çiçəkləmə, meyvəvermə vaxtı və digər bioekoloji xüsusiyyətləri də dəqiqləşdirilməlidir. Məsələn, geofitlər, yəni soğanaqlılar mart-aprel aylarında toplanılır, kökümsovlular iyun ayında kütləvi çiçəkləyir.

 

Bu barədə bitki toplayan xüsusi məlumatlı olmalıdır.

 

Bitki toplanılan kimi sərilməlidir, əks halda torbada saxlanılarsa, makroskopik əlamətləri itir və tərkibində mikrobioloji dəyişikliklər baş verir, nəticədə dərman keyfiyyətini itirmiş olur. Bundan əlavə, lazım olan kütlənin 5 qatı toplanılmalıdır ki, quruduqda istənilən çəki qalsın. Bunun üçün hər toplanan bitkinin öncədən bioloji və tədarük ehtiyatları hesablanmalıdır.

 

biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva

Aztibb.az

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev