Dünya üzrə 3 milyard 350 milyon dozadan çox COVID vaksini vurulub
11.07.2021 11:15

İyulun 9-dək dünyada koronavirusa qarşı vurulan peyvənd dozalarının sayı 3 milyard 350 milyonu ötüb.

 

Aztibb.az vaksinasiyanın statistikasını aparan "Ourworldindata.org" saytına istinadla xəbər verir ki, hazırda Çin 1 milyard 350 milyon doza ilə dünya ölkələri arasında liderdir. Bu göstərici üzrə ikinci və üçüncü yerləri tutan Hindistanda 368 milyon 991 min, ABŞ-da 332 milyon 350 min doza peyvənd vurulub.

 

Vurulan vaksin dozalarının sayına görə ilk onluqda, həmçinin Braziliya (111 milyon 480 min), Böyük Britaniya (79 milyon 800 min), Almaniya (77 milyon 730 min), Fransa (57 milyon 820 min), Türkiyə (56 milyon 740 min), İtaliya (55 milyon 300 min) və Yaponiya (54 milyon 850 min) yer alır.

 

Əhalinin hər 100 nəfərinə düşən peyvənd dozalarının miqdarına görə isə birinci yerdə Birləşmiş Ərəb Əmirlikləri gedir (159,71 doza). Bu göstərici üzrə ilk beşlikdə, həmçinin Malta (157,82), Seyşel Adaları (141,98), İslandiya (132,18) və San-Marino (131,59) qərarlaşıb.

 

Ümumilikdə dünyanın 18 ölkəsində əhali sayından çox vaksin dozası vurulub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər