Araşdırma: Peyvənddən sonra COVID-19 keçirənlərin rastlaşdığı 4 ƏSAS SİMPTOM
09.07.2021 10:55

İngiltərədə nəşr edilən "Mirror" qəzeti hər iki doza peyvənd vurdurmuş insanlar haqqında yeni  araşdırma yayımlayıb.

 

Aztibb.az medimagazin.com.tr-yə istinadla xəbər verir ki, tədqiqatda peyvəndlərin COVID-19 səbəbindən ölümlərin, virusun digər insana keçməsinin və xəstəxanaya yerləşdirilmələrin qarşısını aldığı vurğulanıb.

 

Araşdırmada peyvəndin hər iki dozasını vurdurmuş şəxslərin COVID-19-a yoluxa biləcəyi də qeyd olunub.

 

"ZOE Covid Symptom" tədqiqatı çərçivəsində, virusa yoluxanların əsas simptomlardan fərqli simptomlarla qarşılaşdıqları bildirilib.

 

Araşdırmada epidemiyanın başlanğıcından bəri COVID-19-a yoluxmuş insanların yüksək hərarət, davamlı öskürək, qoxu və dad itkisi ilə qarşılaşdıqları xatırladılıb. Ancaq İngiltərədə peyvənd edildikdən sonra COVID-19-a yoluxanların baş ağrısı, burun axıntısı, asqırma və boğaz ağrısı kimi simptomlarla qarşılaşdıqları qeyd olunub.

 

"Ümumilikdə, peyvənd olunmuş və olunmamış insanlar tərəfindən COVID-19-un oxşar simptomlarına rast gəlinir", - deyən tədqiqatçılar ən azı bir doza peyvənd vurduran insanlarda isə qısa müddət ərzində daha az simptom müşahidə olunduğunu vurğulayıblar: "Bu, daha az ağır xəstə olduqlarını və daha tez sağaldıqlarını göstərir".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər