BMT-nin rəhbəri Qlobal Vaksinləmə Planı qəbul olunmasını təklif edir
09.07.2021 09:04

COVID-19 koronavirusu 4 milyon insanın həyatına son qoyub. Eyni zamanda, virus sürətlə yayılmaqdadır. Bu isə o deməkdir ki, hələ milyonlarla insanın həyatı təhlükədədir.

 

Aztibb.az BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş xəbərdarlıq edib. O, vaksinlər istehsalını ikiqat artırmağa və onların bütün dünyada bərabər paylanmasını təmin etməyə çağırıb.

 

A.Quterreş deyib: “Bu gün dünyada COVID-19 pandemiyası ilə bağlı daha bir kədərli rekord müəyyən edilib. Artıq 4 milyon insan bu virusdan həyatını itirib. Bu faciəli göstərici planetdə hər üç ölkədən birinin əhalisinin ümumi sayından çoxdur”.

 

Hindistanda koronavirusun yenidən baş qaldırması əyani şəkildə göstərdi ki, mümkün qədər çox insanın mümkün qədər tezliklə vaksinlənməsi vacibdir.

 

BMT rəhbəri daha sonra bildirib ki, vaksinlərin sayəsində “ümid işığı” yaranıb, lakin virusun yayılma sürəti vaksinlərin istehsalını və bölgüsünü qabaqlayır. BMT-nin Baş katibi vurğulayıb: “Bu pandemiya başa çatmaqdan hələ çox uzaqdır: onun qurbanlarının yarıdan çoxu bu il ölüb. Əgər virusun meşə yanğını kimi yayılmasına imkan versək, hələ milyonlarla insan təhlükəli vəziyyətdə olacaq”.

 

O, xəbərdarlıq edib ki, virusun yayılma sürəti artdıqca daha yoluxucu, daha ölümcül və mövcud vaksinlərin səmərəsini heçə endirə biləcək yeni ştamlar bir o qədər çoxalır.

 

BMT Baş katibinin fikrincə, immunlaşmada kəskin fərqləri aradan qaldırmaq üçün Qlobal Vaksinləmə Planı lazımdır. Bu Plan çərçivəsində əsas platforma kimi COVAX təşəbbüsündən istifadə etməklə vaksinlər istehsalı ikiqat artırılmalı, onların ədalətli bölgüsü təmin edilməli, Planın həyata keçirilməsi və maliyyələşdirilməsi prosesləri əlaqələndirilməli, vaksinlərə etimadsızlıq kimi ciddi problem həll edilməlidir.

 

A.Quterreş bu Planın həyata keçirilməsi üçün fövqəladə məqsədli qrup yaratmağa çağırıb. Həmin qrupa vaksin istehsal etmək imkanlarına malik olan bütün ölkələr, habelə Ümumdünya Səhiyyə Təşkilatı, Vaksinlər üzrə Qlobal Alyans, müvafiq əczaçılıq şirkətləri və istehsalçılar ilə işləyə bilən beynəlxalq maliyyə müəssisələri daxil olmalıdır.

 

“Vaksinlərin ədalətli bölgüsü bizim zəmanədə çox böyük və təxirəsalınmaz mənəvi sınaq, həm də praktiki zərurətdir. Hamı peyvəndlənməsə hər birimizi təhlükə gözləyir”, - deyən Baş katib əmindir ki, 4 milyon insanın ölümündən sonra hər kəsin mənafeyi naminə və hər yerdə bu pandemiyaya son qoymaq üçün hamımız birgə hərəkət etməliyik.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər