Koronavirusun “Delta” və “Delta plus” ştammı nədir?
08.07.2021 17:56
Koronavirus pandemiyası ilə mübarizənin ilk günlərindən başlayaraq ən böyük problemlərdən biri də mutasiyaya uğrayan yeni ştamların əmələ gəlməsidir. Son qeyd olunan ştamm isə Delta ştammıdır.
Aztibb.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının həkim-infeksionisti Aygül Əliyeva bu barədə məlumat verib.
Həkim qeyd edib ki, Delta ştammı (B.1.617.2) ilk dəfə 2020-ci ilin oktyabr ayında Hindistanın Nagpur kəndində qeydə alınıb. Qısa müddət ərzində Braziliya və Cənubi Afrika ştammından daha təhlükəli olduğu sübut edilib. Əgər koronavirusun ilk ştammında bir nəfər üç nəfəri, İngiltərədə aşkarlanan Alfa (Kent) ştammında dörd nəfəri yoluxdura bilirdisə, Delta ştammını daşıyan bir nəfərin isə 6 nəfəri yoluxdura bildiyi məlumdur. Bu ştamm mutasiyaya uğramış digər ştamlardan virulentliyinin daha yüksək olması ilə seçilir (%60).
COVID-19 virusunun digər ştamlarında əsas əlamət yüksək temperatur, davamlı öskürək, dad və ya qoxu hissinin itməsidirsə, Delta ştammında başağrısı, burun axıntısı və boğaz ağrısından şikayətlər daha çox olur. Qeyd olunan bu şikayətlər soyuqdəymə əlamətləri ilə eyni olduğu üçün insanlar COVID-19 virusundan şübhələnməyib, daha çox insanın yoluxmasına səbəb ola bilərlər. Ona görə bu kimi şikayətləri olan hər kəs həkim müayinəsindən keçməlidir. Eyni zamanda mədə ağrısı və ishal kimi fərqli simptomlar da qeyd oluna bilər.
ÜST, Delta ştammının artıq 96 ölkədə qeydə alındığını bilidirir. Delta ştammının bir alt tipi olan Delta plus (B.617.2.1) isə ilk dəfə 11 iyun tarixində aşkarlanıb. Artıq 11 ölkədə yoluxma faktları qeyd olunub.
Hazırda dünyada və ölkəmizdə istifadə olunan hər bir vaksin mutasiyaya uğramış yeni ştamlara qarşı effektlidir. Vaksinlər xəstəliyin yüngül keçirilməsi və ölüm riskinin azaldılması baxımından da təsirlidirlər.
Bütün bunları nəzərə alaraq, bər bir vətəndaş vaksinasiya olunmalı və qorunma tədbirlərinə ciddi riayət etməlidir.
Bu bölməyə aid digər xəbərlər
COVID-19 təhlükəsi tam aradan qalxmayıb - Risk qrupunda olanlar diqqətli olmalıdır
14.10.2026 | 10:28
Qripdən sonra ürəyi dayanan 8 yaşlı J-Pop ulduzunun ölümü miokarditin təhlükəsini gündəmə gətirdi
08.10.2026 | 15:33
Heyvanlardan keçən yeni koronavirus aşkarlanıb
23.09.2026 | 12:00
COVID-19 beyində iz buraxdı: Pandemiyadan 5 il sonra narahatedici təsir üzə çıxıb
13.09.2026 | 09:49
Akademik: Pandemiyanın astanasındayıq
07.09.2026 | 12:53
ABŞ-da hərbçilərin ölümündə COVID-19 vaksinlərinin rolu araşdırılır
04.09.2026 | 09:44
COVID-19 Epşteyn-Barr və herpes viruslarını yenidən aktivləşdirə bilər - TƏDQİQAT
27.08.2026 | 07:15
Son 1 həftədə COVID-19-dan 14 nəfər ölüb - Dövlət yoluxmaları artırdı
12.08.2026 | 11:46
"Chandipura" virusu narahatlığı - Müdaxilə qrupu səfərbər edilib
10.08.2026 | 09:33
Konqoda Ebola epidemiyası böyüyür - Virusun mutasiyaya uğraması ehtimalı araşdırılır
08.08.2026 | 10:47
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
17.10.2026 | 14:26
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12

