Mərakeş koronavirus əleyhinə vaksin istehsalına başlayacaq  
07.07.2021 18:18

Mərakeş öz ehtiyacını təmin etmək məqsədilə yaxın günlərdə koronavirus əleyhinə vaksinin istehsalına başlayacaq.

 

Aztibb.az xəbər verir ki, ölkə kralı VI Məhəmməd bu günlərdə COVID-19 və digər xəstəliklər əleyhinə vaksinin Mərakeşdə istehsalı üzrə layihə barədə saziş imzalayıb. Layihə Mərakeşdə COVID-19 əleyhinə vaksinin və digər vaksinlərin istehsalı üçün krallığın tam və inteqrasiyalı sənaye və biotexnoloji potensialın təminatına və müəyyən vaksin suverenliyinə nail olunmasına istiqamətlənib. Layihə, həmçinin Mərakeşin Afrika qitəsində və dünya miqyasında aparıcı biotexnoloji platformaya çevrilməsinə hədəflənib.

 

COVID-19 və digər xəstəliklər əleyhinə vaksinin Mərakeşdə istehsalı üzrə layihə dövlət-özəl sektor əməkdaşlığı nəticəsində qısamüddətli perspektivdə istehsal gücü ayda 5 milyon doza vaksinə bərabər olmaqla dövriyyəyə buraxılıb. Layihənin ortamüddətli perspektivdə istehsalı tədricən artırılacaq. Beləliklə, layihəyə təqribən 500 milyon dollar həcmində qlobal investisiya cəlb ediləcək. Bu, həm Mərakeşin özünü tam təmin etməsinə, həm də digər Afrika ölkələrinə kömək etməsinə şərait yaradacaq.

 

Ölkənin Milli Səhiyyə Federasiyasının prezidenti və koronavirusa qarşı vaksinləmə üzrə elmi komitənin üzvü Mulay Səid Əfifin sözlərinə görə, Mərakeşdə dərman preparatlarına ehtiyacın 65 faizi yerli istehsal hesabına təmin edilir. Mərakeşin gördüyü fəal tədbirlər krallıqda koronavirusun yayılmasının qarşısını daha az itki ilə almağa imkan verib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər