COVID-19-la mübarizəyə cəlb edilmiş kubalı tibbi heyətin yolasalma mərasimi keçirilib - FOTO
07.07.2021 08:55

Ölkəmizdə pandemiya ilə mübarizəyə cəlb edilmiş və fəaliyyətlərini yekunlaşdıran kubalı tibbi heyətin yolasalma mərasimi keçirilib.

 

Aztibb.az Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) istinadən xəbər verir ki, ilk olaraq nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

 

Daha sonra TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Kuba Respublikasının Azərbaycandakı səfiri Alfredo Nieves Portuando, Azərbaycanda fəaliyyət göstərən Kuba tibb heyətinin rəhbəri doktor Dalsi Torres Avila və Kuba Respublikasından dəvət olumuş tibb heyəti qəbul edib.

 

Görüş zamanı İdarə Heyətinin sədri tibbi heyətin yüksək peşəkarlıqla fəaliyyət göstərdiyini vurğulayıb. R.Bayramlı göstərilən xidmət və əməkdaşlığa görə həkim kollektivinə və Kuba Respublikasının rəhbərliyinə təşəkkürünü bildirib. Çıxış edən Kubanın Azərbaycandakı səfiri Alfredo Nieves Portuando və Tibb heyətinin rəhbəri Dr. Dalsi Torres Avila onlara göstərilən yüksək diqqət, yaradılan şəraitə görə Azərbaycan hökümətinə minnətdarlığını ifadə edib.

 

Sonda tibb heyətinə COVID-19 pandemiyası ilə mübarizədə göstərdikləri xidmətə görə təşəkkürnamələr təqdim edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub