Dünyada koronavirusdan ölənlərin sayı 4 milyon nəfəri ötüb  
06.07.2021 12:44

Dünyada COVID-19 infeksiyasından ölənlərin sayı 4 milyon nəfəri ötüb.

 

Aztibb.az pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, iyulun 5-də dünya üzrə 339 min nəfər koronavirusa yoluxub, 6 min 217 nəfər COVID-19 infeksiyası səbəbindən həyatını itirib. Bununla da koronavirus qurbanlarının ümumi sayı 4 milyon 519 nəfərə çatıb.

 

Saytın son məlumatına əsasən, indiyədək dünyada koronavirus infeksiyasına 184 milyon 941 mindən çox yoluxma halı qeydə alınıb. Eyni zamanda, 169 milyon 316 min nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 11 milyon 624 min xəstədən 77 min 799 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

 

ABŞ COVID-19 infeksiyasına yoluxanların sayına görə dünyada liderlik edir. Burada koronavirusa yoluxanların sayı 34 milyon 598 min nəfəri keçib, 621 min 335 nəfər vəfat edib, 29 milyon 111 mindən çox insan isə sağalıb.

 

Yoluxanların sayına görə ikinci yerdə qərarlaşan Hindistanda 30 milyon 619 min nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 403 min 310 nəfər ölüb, sağalanların sayı isə 29 milyon 752 min nəfərə çatıb.

 

Bu göstəriciyə görə, üçüncü pillədə Braziliya qərarlaşıb. Bu ölkədə pandemiya dövrü ərzində 18 milyon 792 min nəfər virusa yoluxub, onlardan 525 min 229 nəfər həyatını itirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər