Dünyada 184 milyona yaxın insan koronavirusa yoluxub
05.07.2021 17:20

5 iyul tarixinə olan məlumata görə, dünyada koronavirus infeksiyasına yoluxma sayı 183 784 967 nəfər təşkil edir.

 

Bu haqda məlumatı Amerikanın Cons Hopkins Universiteti yayıb. 

 

Virusun yayılmağa başlamasından bu günə qədər COVID-19 qurbanlarının sayı 3 977 060 nəfərə çatıb.

 

Koronavirusa 15 milyondan çox yoluxma sayına sahib olan ölkələr sırasına ABŞ, Hindistan və Braziliya daxildir.

 

ABŞ virusa yoluxmuş və dünyasını dəyişmiş şəxslər baxımından lider olaraq qalır. Burada koronavirusa 33 717 574 yoluxma halı qeydə alınıb, dünyasını dəyişənlərin sayı isə 605 526 nəfərə yüksəlib. 

 

Yoluxma sayına görə Hindistan ikinci pillədə yer alıb. Belə ki, ölkədə təsdiq olunmuş ümumi yoluxanların sayı 30 585 229 nəfərdir. 402 728 nəfər isə virusa yoluxaraq dünyasını dəyişib. 

 

Braziliya virusa yoluxma sayına görə üçüncü pillədədir. Burada pandemiya dövründə 18 769 808 nəfər virusa yoluxub, 524 417 nəfər isə həyatını itirib. 

 

Dünyada baş verən vacib hadisələr üzrə statistika sahəsində ixtisaslaşmış “Worldometer” portalının məlumatına əsasən, 5 iyul tarixində dünyada 1 milyon əhaliyə ölüm nisbəti 512,3 təşkil edib. ABŞ-da 1 milyon əhaliyə 1 866 nəfər dünyasını dəyişib. Hindistanda bu rəqəm 289, Braziliyada isə 2450 təşkil edir.

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Anestezioloq-reanimatoloq Emil Muradov -
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi