Professor Sahib Musayev: “Revmatik xəstəliklər zamanı əksər orqan və toxumalar zədələnir”
30.06.2021 16:14
"Revmatik xəstəliklərin əhali arasında adətən soyuq aylarda geniş yayıldığını bilirik. Amma havalar istiləşəndən sonra da həkimə müraciət edənlərin sayı çoxalıb".
Bunu ATU-nun Tədris Terapevtik Klinikasının Revmatologiya və qastroenterologiya şöbəsinin müdiri, professor Sahib Musayev deyib.
Professor revmatik xəstəliklərlə bağlı məlumat verərək, bu sahənin təbabətin ən çətin və hələ də öyrənilməyən problemlərindən biri olduğunu qeyd edib: “Revmatik xəstəliklər təbabətin ən yeni sahəsi hesab olunur. Birləşik toxuma qarışıq xəstəlikləri, sistem qırmızı qurd eşənəyi, artiozlaşdırıcı spondilit, biosratik artropatiya, reaktiv artritlər və bu kimi çoxsaylı revmatik xəstəliklər günümüzdə həllini tapmayan xəstəliklər sırasındadır. Revmatik xəstəliklər zamanı əksər orqan və toxumalar, o cümlədən oynaqlar, dəri, sinir, böyrəklər, ağciyər, ürək, bağırsaq, baş-beyin zədələnir”.
Sahib Musayev təkcə payız-qış aylarında deyil, eyni zamanda yay mövsümündə də əhali arasında bir sıra revmatik xəstəliklərin baş qaldırdığını, onlardan revmatoid artrit, sistem qırmızı qurd eşənəyi, sklerodermiya, dermotomiozit və podaqranın üstünlük təşkil etdiyini bildirib. Onun sözlərinə görə, sistem qırmızı qurd eşənəyi xəstəliyi ən çox iqlim dəyişiklikləri zamanı üzə çıxır. Bu xəstəlik yay aylarında fotosensiblizasiya, yəni həddindən artıq Günəş şüalanması olan regionlarda çox yayılır. Qırmızı qurd eşənəyi ən çox yeniyetmə qızlarda, gənc analarda müşahidə olunur.
Şöbə müdiri regionda daha çox yayılan revmatik xəstəliklərdən birinin podaqra olduğunu vurğulayıb. Bildirib ki, bu xəstəlik zamanı oynaq daxilində natrium-urat kristallarının toplanması nəticəsində həmin nahiyədə kəskin iltihabi proses başlayır və müəyyən vaxtdan sonra oynaqlar zədələnir.
Professor podaqranın səbəb olduğu bəzi fəsadlara toxunaraq, onun xroniki böyrək xəstəliklərinə, hipertoniyaya, 2-ci tip şəkərli diabetə, piylənməyə gətirib çıxardığını da qeyd edib: “Podaqraya tərkibi purillə zəngin qidaları normadan artıq qəbul edən şəxslərdə çox rast gəlinir. Xəstəlik qəfil başlayır. Ayağın baş barmağı qızarır. Həmin nahiyədə ciddi hərəkət məhdudluğu əmələ gəlir".
Sahib Musayev əlavə edib ki, əgər revmatik xəstələr COVID-19-a yoluxarsa, onlarda ağırlaşma halları müşahidə olunur. Həmin şəxslərdə patoloji proseslər daha ağır gedir, onlar arasında ölüm faizi daha çox olur. COVID-19-a yoluxmuş skelbermiyalı xəstələrdə ağciyərlər ciddi zədələnməyə məruz qaldığından, xəstəliyin taktikası protokola tam uyğun aparılmalıdır.
"Bəzən şahidi oluruq ki, revmatik xəstəliklərdən əziyyət çəkənlər Bakı ətrafında yerləşən və çoxlarımızın yanlış olaraq müalicə məkanı kimi qəbul etdiyimiz “duzlu göl”lərə üz tuturlar. Həkim məsləhəti olmadan insanların müstəqil şəkildə göldə Günəş vannası qəbul etməsi xeyirdən çox zərərli ola bilər. Həmin insanlar duzun tərkibində olan kanserogen maddə ilə özlərini zəhərlədiklərinin fərqində deyillər. “Duzlu göl”dən istifadə edən revmatoidli xəstələrdə dərinin aşınması qeydə alınır. Hətta bəzilərində dəri xərçəngi yaranır”, - deyə professor bildirib.
Bu bölməyə aid digər xəbərlər
Müasir biologiya və təbabətin prioritet istiqamətlərindən olan kök hüceyrə tədqiqatlarına həsr olunmuş seminar
24.10.2026 | 10:06
Mərkəzi Neftçilər Xəstəxanasının tibb heyətinin peşəkar fəaliyyəti İctimai Televiziyada işıqlandırılıb
23.10.2026 | 12:02
Şamonda virusundan ilk insan ölümü Fransada qeydə alınıb
23.10.2026 | 10:17
AQTA sədri İmişlidə və Sabirabadda istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olub
23.10.2026 | 10:05
Nigeriyada “Ebola” virusuna ilk yoluxma halı qeydə alınıb
21.10.2026 | 10:57
AQTİ mütəxəssisi İtaliyada karantin statuslu göbələyin inkişaf xüsusiyyətlərini araşdırıb
21.10.2026 | 09:47
ATU tələbələri “Zirvəyə birlikdə qalxaq!” kütləvi yürüşündə
21.10.2026 | 08:29
1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib
20.10.2026 | 15:55
Şamaxı rayonunun Mərzəndiyyə kəndində sakinlər üçün səyyar tibbi xidmət keçirilib
20.10.2026 | 15:51
Elmi-Tədqiqat Pediatriya İnstitutunda şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı göstərilir
20.10.2026 | 15:24
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

