Koronavirus bitkilərin toz hissəcikləri vasitəsilə də yayıla bilir - Tədqiqat
30.06.2021 16:16

Kiprdəki Nikosia Universitetinin fizikləri təsdiqləyiblər ki, bitki tozcuqları koronavirusun yayılmasına səbəb ola bilər.

 

Aztibb.az xəbər verir ki, tədqiqat çərçivəsində alimlər bitki tozcuqlarının yayılması üzrə kompüter modeli yaradıblar. Alimlər nümunə olaraq söyüdkimilər fəsiləsinə aid olan söyüd bitkisindən istifadə ediblər. Onlar zəif külək (saatda 4 km) halında 10.000 toz hissəciyi ifraz edən ağacın tam 3D modelini yaradıblar. Bundan əlavə, alimlər hava axınının 11 nəfərdən ibarət insan qrupu və 100 nəfərdən ibarət insan qrupu ilə qarşılıqlı əlaqəsini araşdırıblar. Nəticədə məlum olub ki, bitkilərin toz hissəcikləri hətta külək sürətinin minimal olduğu hallarda da koronavirusun yayılmasını sürətləndiriblər.

 

Toz hissəcikləri SARS-CoV-2-ni 6 metr və daha uzaq məsafəyə yaya bilirlər. Adi hallarda sözügedən toz hissəcikləri 2 metrdən artıq məsafəni qət etmirlər. "Havada bitkilərin tozcuq hissəciklərinin yüksək miqdarda olmaları və yaz fəsli zamanı baş verən çiçəklənmə halında 2 metr sosial məsafə tədbiri açıq havada insanların təhlükəsizlikləri üçün ideal həll üsulu deyil. Buna görə də dövlət orqanları sosial məsafə prinsiplərinə yenidən nəzər yetirməlidirlər" - deyə alimlər qeyd ediblər.

 

Tədqiqatçılar belə bir qənaətə gəliblər ki, bitkilərdən olan toz hissəcikləri ilə virusun kombinasiyası keçən ilin yay fəslində Avropanın bir sıra regionlarında və ABŞ-da COVID-19-un ani olaraq yayılmasına səbəb olmuş faktorlardan biridir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub