İranda COVID-19-a qarşı yeni peyvənd təqdim olunub  
27.06.2021 17:24

Tehranın Tibb Universitetində İranın koronavirusa qarşı yeni istehsal etdiyi “Nura” peyvəndinin təqdimatı keçirilib.

 

Aztibb.az xəbər verir ki, təqdimat mərasimində İranın səhiyyə naziri Səid Nəmaki və digər rəsmi şəxslər iştirak ediblər. Universitetin rektoru Həsən Əbdülqasım bildirib ki, kliniki yoxlamalar zamanı “Nura” peyvəndinin xəstələr üçün səmərəli olduğu müəyyən edilib. Bu peyvəndin testdən keçirilməsi zamanı orqanizmə heç bir mənfi təsiri müşahidə edilməyib. Onun sözlərinə görə, İran alimləri başqa ölkələrdə olduğu kimi peyvəndin yaradılması haqqında məlumatları gizlin saxlamır və elmi jurnallarda bu barədə məqalələr dərc etdiriblər. Peyvəndin yaradılması zamanı insan orqanizminə ziyan vura biləcək heç bir preparatdan istifadə edilməyib. İlkin mərhələdə 1 milyon, sonra isə ayda 3 milyon doza “Nura” peyvəndi istehsal olunacaq.

 

Bu gün isə Səhiyyə Nazirliyinin açıqlamasına görə son 24 saat ərzində İranda 7 min 34 nəfər virusa yoluxub, 123 nəfər isə yoluxaraq həyatını itirib. Bununla da İranda yoluxanları sayı 3 milyon 157 min 983 nəfərə, ölənlərin sayı isə 83 min 711-ə çatıb. Eyni zamanda xüsusi xəstəxanalarda müalicə alan 2 milyon 822 min 704 nəfər sağalaraq evə buraxılıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər