Uşaqlar üçün təhlükə – Gün vurması
27.06.2021 18:26

Yüksək qızdırma, halsızlıq, yuxu istəyi, ürək bulanması və baş ağrısı kimi simptomlarla özünü göstərən gün vurması daha çox uşaqlarda olur.

 

Aztibb.az xəbər verir ki, uşaqlar böyüklərlə müqayisədə daha az tərlədikləri üçün bədənlərini böyüklər qədər soyuda bilmirlər.

 

Bu günlərdə gün vurması xüsusilə kiçik uşaqların sağlamlığını təhdid edən vəziyyətlərə yol aça bilər. Yüksək temperaturda uzun müddət günəş altında qalmaq, bədən istiliyinin anormal dərəcədə yüksək olması səbəbindən qalıcı zərərlərə və hətta ölümə səbəb ola bilər.

 

 Nələrə diqqət etməli? 

 

  • Uşaqlarınızı 10:00-16:00 arasında açıq hava fəaliyyətlərindən və məşqlərdən uzaq tutun.
  • Baş nahiyəsini qorumaq üçün enli başlıq və günəş eynəyi taxın.      
  • Günəşdən qorunmaq üçün çadır və çətir əvəzinə ağac kölgəsinə üstünlük verin.         
  • Hər fürsətdə uşaqlara su içirdin, onların susamasını və ya istəməsini gözləməyin.         
  • Tez-tez duş qəbul etmələri məsləhətdir.
  • Uşaqları avtomobildə gözlətməyin. Avtomobil içərisindəki istilik bir saat içində həyati təhlükə yarada bilər.         
  • Pambıq və açıq rəngli paltarlara üstünlük verin. 
  • Halsızlıq əlaməti hiss etdikdə təcili yardım çağırın. 

 

Günəş vurmasından şübhələnildiyi təqdirdə, əvvəlcə uşağı sərin və kölgəli bir yerə aparmalı, başını, qoltuğunu soyuq su ilə nəmləndirməli, qusma halı baş verdikdə isə yan tərəfi üstə uzandırmalı və təcili tibbi yardım çağırılmalıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev