Bu gün pandemiya bir il əvvəlkinə nisbətən daha çox sayda insanın ölümünə səbəb olur - BMT-nin Baş katibi 
26.06.2021 09:34

“Pandemiya ümumi problemləri üzə çıxartdı, planetin bütün sakinlərinin qarşılıqlı asılı olmasını və kollektiv tədbirlər görməyin zəruriliyini nümayiş etdirdi. Bu böhrandan daha yaşıl, daha ədalətli və daha davamlı dünya qurmaq şansı kimi istifadə etmək bizim ən böyük problemimiz və eyni zamanda ən böyük imkanımızdır”.

 

Aztibb.az BMT-nin xəbərlər saytına istinadla bildirir ki, BMT-nin Baş katibi Antonio Quterreş bu sözləri Brüsseldə, Avropa Parlamentində çıxışında söyləyib.

 

A. Quterreş pandemiya ilə əlaqədar aşkar edilmiş problemləri, o cümlədən səhiyyə sistemlərinin effektiv olmamasını, sosial müdafiədə mövcud boşluqları, habelə ölkələr arasında və onların daxilində qeyri-bərabərliyin geniş miqyas almasını xatırladıb.

 

“Bəzi ölkələr, necə deyərlər, tunelin sonunda işıq görürlər, lakin dünyanın çox yerində virus hələ də qorxulu reallıqdır, bu isə o deməkdir ki, virus bizim hamımız üçün ciddi təhlükə kimi qalır. Bu gün pandemiya bir il əvvəlkinə nisbətən daha çox sayda insanın ölümünə səbəb olur”, - deyən Baş katib əlavə edib ki, bu böhrandan çıxmaq üçün yeganə vasitə vaksinlərdir, buna görə də onlar qlobal nemət hesab edilməli və hamı üçün əlçatan olmalıdır. Afrikada vaksinlərə ehtiyacın miqyasını xatırladan Quterreş avropalılara müraciət edərək bildirib ki, dünya əhalisinin 75 faizini vaksinləşdirmək üçün 11 milyard doza vaksin lazım gələcək.

 

Baş Katib vurğulayıb ki, bu gün vaksinləşdirmə planı zəruridir. Vaksinlərin eyni dərəcədə əlçatan olması zəmanəmizin ən böyük tələbidir. Söhbət təkcə ədalətlilikdən getmir, bu həm də səmərəlilik məsələsidir.

 

BMT-nin rəhbəri pandemiyanın ibrət dərslərindən söhbət açaraq gələcəkdə bu cür pandemiyalara hazır olmaq üçün səyləri fəallaşdırmağa çağırıb. Baş Katib Ümumdünya Səhiyyə Təşkilatının 2021-ci il noyabr ayında bu məsələyə dair xüsusi sessiya keçirilməsi barədə qərarını dəstəkləyib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub