Bu ölkə yenidən maska rejiminə qayıdıb
25.06.2021 14:39

İsrail koronavirusa yoluxma hallarının artması səbəbindən iyunun 25-dən qapalı məkanlarda maska rejiminə qayıdıb.

 

Bu barədə İsrail Səhiyyə Nazirliyinin məlumatında deyilir.

 

“Yoluxma hallarının artması səbəbindən bu gün saat 12:00-dan etibarən bütün qapalı məkanlarda maska taxmaq məcburiyyəti tətbiq edilir”, - deyə nazirliyin məlumatında bildirilir. Yeddi yaşdan kiçik uşaqların və idmanla məşğul olanların maska taxması isə məcburi deyil.

 

Bir müddət öncə İsrailin Baş naziri Naftali Bennet koronavirusun “Delta” ştamının yayılması fonunda vətəndaşları xaricə səyahətdən çəkinməyə çağırıb və bunun hələlik tələb deyil, xahiş olduğunu deyib.

 

İsraildə koronavirus pandemiyası səbəbindən tətbiq edilən bütün karantin məhdudiyyətləri iyunun 1-dən etibarən ləğv edilmiş, iyunun 15-dən isə vətəndaşlara qapalı yerlərdə maska taxmamağa icazə verilmişdi.

 

Qeyd edək ki, ötən il dekabrın 20-də İsraildə əhalinin COVID-19 infeksiyasına qarşı kütləvi vaksinasiya prosesi start götürüb. İsrail hazırda əhalinin hər 100 nəfərinə düşən peyvənd dozalarının miqdarına görə (123,15) dünya ölkələri arasında ilk beşlikdə yer alır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər