Türkiyədə 134 nəfərdə COVID-19-un “delta” variantı aşkarlandı
24.06.2021 10:09

Türkiyədə 134 nəfərdə koronavirusun Hindistanda meydana çıxan “delta” ştammına yoluxma faktı qeydə alınıb.

 

Aztibb.az www.medimagazin.com.tr-yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca AK Partiyanın Baş qərargahında millət vəkilləri ilə keçirilən iclasda açıqlama verib.

 

İclas zamanı Fəxrəddin Qoca səhiyyə siyasəti, 1 iyul tarixindən etibarən başlayacaq normallaşma prosesi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən gün elan etdiyi “TurkoVac” peyvəndinin 3 mərhələ sınaqlarının başlaması ilə əlaqədar aparılan işlər barədə danışıb.

 

Bundan əlavə, səhiyyə naziri Hindistanda meydana gələrək dünyada yayılmağa başlayan koronavirusun “delta” növünə Türkiyədə 134 nəfərin yoluxduğunu bildirib.

 

3.5 saat davam edən iclasdan sonra heç bir rəsmi açıqlama verilməyib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər