Ömrü on il uzadan beş məsləhət
23.06.2021 17:19

Həkim və alim Federika Amati ömrü on il uzadacaq beş məsləhətini səsləndirib.

 

Aztibb.az "RİA Novosti"-yə istinadla xəbər verir ki, Federika Amati planetimizdə maksimal həyat uzunluğuna malik beş “mavi zonanı” – Yaponiyanın Okinava, İtaliyanın Sardiniya və Yunanıstanın İkariya adalarını, həmçinin Kosta-Rikada yerləşən Nikoya yarımadasını və ABŞ-ın Kaliforniya ştatındakı Loma-Linda rayonunu ayırıb.

 

Onun sözlərinə görə, bu yerlərdə uzunömürlülərin anomal sayı onların qida rejimi ilə izah olunur. Həmin bölgələrin sakinləri meyvə, tərəvəz, həmçinin dənli və paxla bitkiləri ilə qidalanaraq bitki pəhrizinə riayət edirlər. “Bu qidalardan gündəlik istifadə uzun və sağlam həyat üçün bədənimizin immun funksiyasını artırır”, - deyə həkim izah edib.

 

Alimin ikinci məsləhəti daha çox hərəkət etməkdir. Federika Amati gün ərzində çox gəzməyin və fiziki məşqin çox faydalı olduğunu bildirib.

 

Digər məsləhət isə orta qidalanma ilə bağlıdır. Belə ki, Okinava adasında yaşayan insanlar yalnız 80 faiz doymağı seçirlər. “Mavi zonanın” sakinləri şam yeməyini erkən yeyir və bu zaman az qida qəbul edirlər.

 

Amati, həmçinin insanları alkoqollu içkilərdən az istifadə etməyə və stressdən çəkinməyə çağırıb.

 

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib