Koronavirus zamanı iybilmənin itməsi beynin pozulması ilə izah olunub  
21.06.2021 22:46

Koronavirus infeksiyasına yoluxma zamanı iybilmə qabiliyyətinin itməsi beynin boz maddəsinin azalması səbəbindən baş verir.

 

Aztibb.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Oksford Universitetinin alimləri bildiriblər.

 

Onlar 2020-ci ilin oktyabrından 2021-ci ilin yanvarına qədər COVID-19-a yoluxmuş və həm xəstəlikdən əvvəl, həm də sonra beyin MRT-sindən keçmiş 394 nəfərin anket məlumatlarını araşdırıblar. Daha sonra bu məlumatları cins, yaş, milliyyət, bədən kütlə indeksi və qan təzyiqi göstəriciləri kimi amillər nəzərə alınaraq, koronavirus keçirməmiş 388 nəfərlik nəzarət qrupunun nəticələri ilə müqayisə ediblər.

 

“COVID xəstələrində beyin qabığının limbik bölgələrində birincil qoxu və dad sistemləri ilə birbaşa əlaqəli olan boz maddə itkisi aşkarladıq. Sağlam olan tədqiqat iştirakçılarında isə heç bir dəyişiklik yox idi”, - alimlər bildiriblər.

 

Əldə olunan nəticələri yoxlamaq üçün mütəxəssislər COVID-19 xəstələrinin evdə müalicə alanı ilə xəstəxanaya yerləşdirilənləri haqqındakı məlumatları müqayisə ediblər. Ciddi heç bir fərq tapılmayıb. Üstəlik, xəstəxanalarda yatanların singular korteksində, amiqdalanın mərkəzi nüvəsində və hipokampusun bəzi hissələrində boz maddə itkisi daha çox olub. Bu sahələrin hamısı yaddaş və duyğuların formalaşması ilə əlaqəlidir.

 

Alimlər koronavirus keçirən insanlara vaxtında müayinələrdən keçməyi unutmamağı tövsiyə ediblər, çünki yüngül formada olsa da, bu infeksiya beyin zədələnməsinə səbəb ola bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub