Tozlu hava səhhətimizə necə təsir edir? – DİQQƏT
21.06.2021 15:32

Bu günlərdə Bakı və Abşeron yarımadasında toz dumanı müşahidə olunur. Bakı şəhərində havada dispers toz hissəciklərinin konsentrasiyasının sanitar normadan 5,1 dəfə yüksək olduğu qeydə alınıb.

 

Aztibb.az xəbər verir ki, meteroloqlar belə tozlu havanın bir neçə gün davam edəcəyini bildirirlər.

 

Bəs tozlu hava səhhətimizə necə təsir edir?

 

Araşdırmalara görə, hər hansı səbəbdən havanın tərkibi dəyişərsə, havanın zəhərlənməsinə gətirib çıxarır. Havada karbon qazının miqdarının artması isə insanlarda xəstəliklər törədir.

 

Adətən yayda belə təbiət hadisəsi tez-tez baş verdiyindən toz qatının mənşəyi ilə bağlı məlumat diqqətdən kənarda qalır.

 

Tozun tərkibində müxtəlif canlı mikroorqanizmlər vardır ki, onlar, orqanizmə düşdükdən sonra fəaliyyətini davam etdirib, zəhərli maddələr istehsal edirlər.

 

Toz hissəcikləri tənəffüs yollarına çökür və nəticədə müxtəlif maddələr insan orqanizminə daxil olur. Zəif immunitetli və tənəffüs yollarında problemi olan insanlara toz daha pis təsir göstərir.

 

Müxtəlif allergiyalar, bronxial astma, böyrək, mədəaltı vəzi, ürək və tənəffüs orqanlarının xəstəlikləri tozun səbəb olduğu ən əsas xəstəliklərdir. Toz xroniki xəstəliklərin ağırlaşmasına və yeni patoloji prosesslərin baş verməsinə, hətta ağciyər xərçənginin yaranmasına belə gətirib çıxara bilir.

 

Belə havada mütləq eynəkdən və maskadan istifadə edilməlidir. Çünki tozlu hava göz kataraktası olan xəstələrə də təsirsiz ötüşmür.

 

Bu cür hava insanların əsəb sisteminə də təsir edir, psixoloji problemlər yaradır və stressə səbəb olur. Xüsusilə meteohəssas insanlar əziyyət çəkir.

 

Belə havada gündəlik olaraq evlərdə təmizliyə diqqət yetirilməlidir. Toz qonan səthlər nəm dəsmalla silinməli, xalça və yumuşaq mebellər tozsoranla təmizlənməlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev