İlon Maskın xəstəliyi – Asperger sindromu nədir?
20.06.2021 08:52

İlon Maskın xəstəliyi xəbəri ilə gündəmə gələn Asperger Sindromu autizmin bir forması olaraq psixi pozğunluq kimi təyin edilir.

 

Aztibb.az xəbər verir ki, mütəxəssislər xəstəliyin 4-11 yaş arası oğlan uşaqlarında tutulma riskinin daha yüksək olduğunu və müalicəsinin xüsusi təhsil metodu ilə mümkün olduğunu bildirirlər. Bu sindromlu insanlar normal və yüksək intelektə malik olsalar da, onların sosial qabiliyyətləri və vərdişləri zəif inkişaf etmiş olur.

 

Autistik psixopatiya halı olan bu xəstəlik ilk dəfə ingilis psixiatrı Lorna Uinq tərəfindən Avstriyalı psixiatır və pediatr Hans Aspergerin şərəfinə Asperger sindromu adlandırılıb.  

 

Asperger sindromunu autizmdən fərqləndirən əsas xüsusiyyət, bu sindromda autizmdə olduğu kimi nitqdə və zehni inkişafda heç bir gecikmə və ya geriləmənin olmamasıdır.  Çox vaxt məhdud və ya üstün zehni bacarıqlara sahib olan insanlar Asperger sindromlu olurlar. Bəzən onlar sosial kommunukasiyada çətinlik yaşasalar da hər hansı bir elmi sahədə daha üstün zəkalı olurlar.  

 

Qeyd edək ki, “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask NBC telekanalında, aparıcısı olduğu verilişdə Asperger sindromundan əziyyət çəkdiyini bildirib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev