Alimlər ABŞ-da koronavirusun 2019-cu ildə peyda olduğunu ehtimal edirlər
17.06.2021 08:14

ABŞ-da COVID-19 infeksiyasına ilk yoluxma halları çox güman ki, hələ rəsmən qeydə alınmamışdan öncə - 2019-cu ilin dekabr ayında baş verib.

 

Aztibb.az xarici KİV-lərə istinadla xəbər verir ki, ABŞ milli səhiyyə institutlarının (NIH) mütəxəssislərinin məlumatına əsasən, Birləşmiş Ştatların 50 ştatının sakinlərindən 2020-ci il yanvarın 2-dən martın 18-dək alınan 24 min qan nümunəsinin tədqiqatı zamanı İllinoys, Massaçusets, Missisipi, Pensilvaniya və Viskonsin ştatlarının doqquz təmsilçisində SARS-CoV-2 virusuna qarşı anticisimlər aşkarlanıb.

 

Müsbət nümunələrin əksəriyyəti bu ştatlarda qeydə alınmış ilk yoluxma hallarından əvvəlki dövrə aiddir. Bununla yanaşı, ABŞ-da hələ də hesab edirlər ki, COVID-19 infeksiyası Sietl və Nyu-York ştatlarından yayılmağa başlayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər