COVID-19-a qarşı peyvənddən sonra alkoqol qəbul etsək nə baş verər? - Mikrobioloq AÇIQLADI
16.06.2021 10:41

Koronavirusa qarşı vaksinləmə zamanı həkimlər ciddi xəbərdarlıq edirlər ki, anticismlərin formalaşması dövründə, başqa sözlə peyvənddən sonrakı iki həftə ərzində qəti surətdə alkoqol qəbul etmək olmaz.

 

Aztibb.az medikforum.ru-ya istinadla xəbər verir ki, mikrobioloq Roman Kozlov "Взгляд" nəşrinə peyvənddən sonra spirtli içkilərin istifadəsi ilə bağlı məlumat verib.

 

R.Kozlov bildirib ki, həkimlər yalnız o səbəbə görə alkoqolun istifadəsinin yolverilməzliyi haqqında xəbərdarlıq edirlər ki, spirt vaksinin qüvvədə olan maddəsini tamamilə neytrallaşdıra bilər və bu zaman peyvənd etdirməyin bir anlamı olmayacaq. O, həmçinin qeyd edib ki, bu halda insan koronavirusdan müdafiə də əldə etməyəcək.

 

"Əslində koronavirusa qarşı vaksinləmədən keçib-keçməməkdən asılı olmayaraq alkoqolu böyük miqdarda qəbul etmək tövsiyə edilmir. Lakin vaksinlənmə və spirtli içkinin istifadəsi arasında düz korrelyasiya müşahidə olunmur", - R.Kozlov əlavə edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev