KOLLOİDAL GÜMÜŞ SUYU NƏDİR? - FAYDALARI
12.06.2021 11:05

Aztibb.az dünyanın inkişaf etmiş ölkələrində ən çox müraciət edilən, uzun ömürlüyü etiva edən demək olar ki, əksər xəstəliklərə şəfa vermək gücündə olan metal gümüş haqqında məqaləni təqdim edir.

 

Gümüş elementinin nəyə qadir olduğu tarix boyu açıq-aydın izah edilmədiyindən, onun olduqca faydalı və inkişafa aparan xüsusiyyətləri də bizə az məlumdur. Adi metal hesab etdiyimiz gümüş keçmişdə tibbdə geniş istifadə edilmiş, hətta bu element səhiyyənin bir parçası kimi qəbul olunmuşdur. Bəs belə olduğu halda, müasir dövürdə nəyə görə bu qədər xəstəliklərdən xilas ola bilmirik? Üstəlik də hər il yeni xəstəliklər “peyda” olur və bütün dünya bu xəstəliklərə qarşı mübarizə üçün milyonlar xərcləyirlər.

 

Gümüşün faydaları Yuli Sezar dövründən bəri bəllidir. Romalılar kiçik gümüş parçalarını yanıqları, kəsikləri və yaraları müalicə etmək üçün, yunanlar su və şərab qablarını bakteriyalardan təmizləmək üçün istifadə edirdilər. Roma İmperiyası dövründə yalnız gümüş qablarda su daşıyan əsgərlərə döyüşə getməyə icazə verilirdi, çünki Romalılar gümüş qabların suyu təmiz və saf saxladığını bilirdilər. Həkimlər gümüşün faydalarına görə xəstələrinə daha sağlam olmaq üçün yeməyi gümüş qablarda yemək, gümüş çəngəl-bıçaq-qaşıqdan istifadə edərək yemək yemələrini tövsiyə edirdilər.

 

Dr.Henry Krookes 1900-cü ilin əvvəlində gümüşü bir çox xəstəliyin müalicəsində istifadə etmişdir. Tədqiqatçı alim elmi işləri nəticəsində mövcud olan heç bir mikrobun kolloid gümüşə qarşı 6 dəqiqədən çox dözə bilməyəcəyini müəyyən etmişdir.

 

Dr. J.Mark Hovel British “Medical Journal”da kolloid gümüşün virusların məhv edilməsi üçün xüsusilə təsirli olduğunu qeyd etmişdir.

 

İkinci Dünya müharibəsindən bir az əvvəl qiymətli antibiotik olan (Fleminq, 1929) təbii penisillin kəşf edildi və lakin təlabati ödəmədiyindən qısa müddətdə bu dərman kimyəvi yolla istehsal edilməyə başlanıldı. Beləliklə, tibbdə patenti alınmış sintetik kimyəvi dərmanlarla böyük dərman firmalarını çox varlı edən yeni bir dövr başlanıldı. Təbiətdə olan heç bir şeyə görə isə patent almaq mümkün deyildi, ona görə də müalicə zamanı heç bir fəsad verməyən gümüşün faydalarından varlana bilməyənlər bunu hər yolla insanlara unutdurmağa çalışırdılar. Gümüşün kolloid məhlulunun ilk antibiotik maddə olduğu heç də qaranlıq deyildir. Bu gün gümüş və onun kolloid məhlullarının demək olar ki, infeksiyaların tüğyan etdiyi hər bir yerlərdə - infeksiya, iltihab, yanıq və bir çox xəstəliklərin müalicəsində istifadə edilən dərmanlara qədər səhiyyə məhsullarında çox geniş spektrdə antimikrob özəlliyinə görə istifadə olunur. Müasir dövrdə Amerikadakı doğulan körpələrə doğuşdan dərhal sonra gözdə meydana gələcək infeksiyaların qarşısını almaq məqsədilə gümüş tərkibli göz damcılarından istifadə edilir. Gümüş 95 faizdən daha çox nisbətdə infraqırmızı şüaları əks etdirməyə qabildir. Gümüşə təmas edən radioaktiv enerjinin 95 faizi geri əks olunur. Yəni gümüş radiasiyaya qarşı da təsirlidir. Qısa müddətdə 450-650 növ bakteriyanın DNT-sinin təbii quruluşunu pozaraq yox edə bilir. Ekzema, şəkər, allergiya və digərxəstəliklərə müsbət təsir göstərir. Yeni hüceyrələrin çoxalmasını dəstəkləyərək yaraların qısa müddətdə sağalmasını sürətləndirir. Kolloid gümüşün Dr. Xiaojian Yao tərəfindən HİV virusun tərkibini bir neçə dəqiqə ərzində yox etdiyi ilə əlaqədar araşdırması “Nanotexnologiya 2012 International Journal”da nəşr edilsə də lakin buna baxmayaraq bu metalın ecazkar bir dərman, xüsusən antibiotik maddəsi kimi olduğuna heç bir məhəl qoyulmadı.

 

Həkimlərin gümüş suyunu gözardı etmə səbəbi kapitalist dünya quruluşuna söykənir. 1906-cı ildə əksər dərman şirkətlərini satın alan milyoner Con D. Rokefeller kolloidal gümüşün onun dərman satışlarının qarşısında maneçilik edəcəyinin fərqində idi. Bu səbəblə Cudi Abraham Felxnerin köməyi ilə Amerikadakı bütün gümüş suyu emal müəssisələrindən, universitetin kimya və tibb fakültələrindən, elmi işlərdən gümüş suyu mövzusunun araşdırılmayacağı və bu təlimatı yerinə yetirməyən bütün professor və müəllimlərin lisenziyalarının əlindən alınacağını ciddi cəhdlə bildirdi. İşin maraqlı tərəfi budur ki, Rokefeller rəhbərlik etdiyi dərman şirkətlərinin önündə durmasına baxmayaraq, heç bir zaman öz ailəsinin və yaxınlarının kimyəvi yollarla alınan dərmanlardan istifadə etməsinə icazə verməmişdi. Elmi fantastika dünyasına baxsaq, qarşımıza çıxan bütün xəstəlikləri bir anda yaxşılaşdıran, insanları uzun müddət yaşadan, xüsusən xəstəliksiz sağlam həyat tərzi üçün dərman yaratmaq arzusunda olmuşdur. Bu arzunun həqiqət olması üçün görəsən gümüş metalı ola bilərmi?

 

Son vaxtlarda gümüş suyunun möcüzəli faydaları, ondan istifadə edənlərin sayının çox böyük sürətlə artdığı haqqında məlumatlar dərc olunur və sosial şəbəkələrdə ciddi cəhdlə təqdir olunur. Məlumata görə gümüş suyu bir çox ağır, o cümlədən xərçəng, vəba, psorioz və virus xəstəliklərinə (koronavirus (sars, mers)  qarşı böyük təsiredici qüvvəyə malikdir!

 

Bu baxımdan gümüş suyu haqqında tarixi araşdırma apardıq. Məlum oldu ki, gümüş suyundan istifadə bir neçə əsrlik tarixə malikdir. Bir maraqlı faktı qeyd etmək olar, 14-cü əsrdə Avropanın mərkəzində insanların 25 faizi vəba xəstəliyindən ölmüşdü. Yalnız qaraçılar bu xəstəlikdən can qurtara bilmişdilər. Onlardan heç bir kəs vəbaya tutulmamışdı və bu məsələ hər kəsi təəccübləndirmişdi. Sonradan məlum olmuşdu ki, qaraçılar gümüşü çox kiçik hissəciklərə parçalayaraq açıq damardan vücuda yeritmişlər ki, bu hissəciklər qan dövranı ilə bütün vücuda yayılaraq bakteriyaları məhv edirmiş. Sonralar gümüş suyunun faydalı olduğunu görüb zadəgan ailələri də süfrədə gümüş qaşıq, bıçaqlardan istifadə etməyə başladılar. Kəşf edildi ki, bu maddə antibiotik dərmanların əvəzləyicisi və ya antibiotik təsirli ola bilər. Antibiotiklərdən fərqi yalnız ondadır ki, bu maddə tamamilə təbiidir və içərisində hüceyrələri yoxedici, lakin insan orqanizminə mənfi təsir edəcək heç nə yoxdur. Beləliklə, uzun müddətdir ki, gümüş suyunun faydaları insanlardan gizlədilməyə çalışılır. Lakin son illərdə dünyanın bir çox ölkələrində, xüsusən də qardaş Türkiyədə gümüş suyundan geniş istifadə olunmağa başlanılıb. Hətta gümüş suyu istehsal edən müəssisələr fəaliyyət göstərirlər. Ölkəmizdə isə gümüş suyu hazırlayan mütəxəssislər barmaq sayı qədər azdır. Kolloidal gümüş suyu hazırlandıqdan sonra qısa bir müddətdə istifadə olunmalıdır, yalnız o zaman bu maddə öz təsirini göstərə bilir. Bu haqda apardığımız ədəbiyyat araşdırması və kimyəvi biliklərə əsasən demək olar ki, gümüş suyu hazırlandıqdan sonra tez bir zamanda - 1,5-2 ay ərzində tərkibindəki elektrik yükü azalmadığı müddətdə istifadə olunmalıdır. Bir çox xəstəliklərdə məsələn, şəkər, bağırsaq, virus xəstəlikləri, soyuqdəymə, yaralanma hallarında, xərçəng və digər ağır xəstəliklərin müalicəsində gümüş suyu çox böyük faydaya malikdir. Xüsusən də xərçəng, teratoma və digər ağır xəstəliklərin yeni yarandığı vaxtlarda daha faydalıdır. Əvvəllər bir çox həkimlər gümüş suyunun faydalarına qarşı mənfi fikirdə idilərsə, indi onlar bu müalicədən kifayət qədər istifadə edirlər. Ümumiyyətlə, gümüş suyu 3 min ildir ki, istifadə edilir və onun əks təsir göstərdiyi barədə mənbələrdə heç bir məlumat yoxdur. Gümüş suyu 1938-ci ilə qədər istifadə edilən və yeganə hesab edilən effektli antibiotik dərman idi. Bu yalnız bakteriyalara deyil, həm də viruslara qarşı yüksək öldürücü təsir göstərir. 1938-ci ildə kimyəvi yolla alınan antibiotiklərin mövcudluğu ilə istehsal daha ucuz olduğundan və baha qiymətə satıldığından dərman firma sahibləri gümüş suyunu kölgədə qoymağı hədəf seçdilər. Kolloidal gümüş dedikdə suda mövcud olan nano-gümüş parçacıqları nəzərdə tutulur. İonlaşmış gümüş insan bədənində əsl gümüş hissəcikləri olan kolloidal gümüş kimi yaşamır. Yüksək keyfiyyətli kolloidal gümüş, saf su və 99.999% kimyəvi saf gümüşdən ibarətdir. Güclü absorbsiya və assimilyasiya təmin etmək üçün gümüş parçacıqları bir (1) mikron diametrindən az olmalıdır. Yüksək təsirli kolloidal gümüş məhsulu hazırlamaq üçün hissəciyin ölçüsü, təmizliyi, konsentrasiyası nəzərə alınmalıdır. Rəsmi mənada ilk üçünü tamamlamaq laboratoriya analizindən asılıdır. Partikül ölçüsünü təyin etmək üçün ən yaxşı üsul elektron mikroskopu fotoşəkilidir. Əsas olaraq kütləvi spektroskopiya və ya rentgen difraksiyası analizinin təmizliyi tələb olunur. Konsentrasiyanı müəyyən etmək üçün ümumi həll olunan qatqıların kimyəvi analizinə ehtiyac vardır. Kolloidal gümüş məhsulu əldə etdikləri şirkət analitik sertifikat almalıdırlar. Bu təhlilin sertifikatında saflıq, mikrobiologiya testi, gümüşün partikül ölçüsü, konsentrasiyası (ppm), pH və rəngi nəzərə alınmalıdır. Daimi istifadə üçün gümüş 5-20 ppm konsentrasiyasında olmalıdır. Baxmayaraq ki, müalicə zamanı heç bir əks təsir yaratmır, lakin uzunmüddətli daimi istifadə zamanı yüksək konsentratlı kolloidal gümüş məhsulları risk yarada bilər və müalicə yalnız həkim nəzarəti altında aparılmalıdır.

 

Kollodial gümüşün terapiya istiqamətləri

 

Kolloidal gümüş suyu ən çox tanınmış və təsirli antibiotik maddədir. Bakteriya, göbələk və virusların məhv edilməsində sonsuz təsirə malikdir. Təbabətdə yerli antiseptik olaraq da istifadə olunur. Yara sahələrini xaricdən təmizləmək üçün tətbiq edilir. Staphylococcus aurea (MRSA) stafilokoku kimi yüksək davamlı mikro plazmalara qarşı yüksək təsirlidir. Jim Powellin “Science Digest” jurnalında yazdığı məqaləyə əsasən “Kolloidal gümüş suyu antibiotik olaraq 650 fərqli mikroorqanizmi məhv edir.” Bu təsir bakteriya, virus və göbələklərdə oksigen metabolizm fermentinin aradan qaldırılması ilə başlayır. Bu zəhərli mikroorqanizmlər oksigensız qaldıqda məhv olurlar. Kolloidal gümüşün sağlam hüceyrələrə toxunmadığı, yalnız patogen hüceyrələrə təsir göstərdiyi məqalədə ətraflı izah edilmişdir. Laboratoriya tədqiqatları göstərir ki, gümüş mənfi bir ion şəklində DNT strukturuna zərbə vurur və onun replikasiya etməsinin (ikiləşmə) qarşısını alır, nəticədə bakteriya, virus və göbələklərin inkişafı dayanaraq məhv olurlar. Dr. Alfred Searle “Kolloidlərin sağlamlıq və xəstəliklərdə istifadə edilməsi” kitabında kolloidal gümüşün patogen mikrofloranın oksigen qaynağını məhv etdikdən sonra öz immunitet sistemini yaratdığını qeyd edir. 1909-ci ildə “Journal of the American Medical Association” jurnalında kolloid gümüşün əslində immunitet hüceyrələrinin faqositoz indeksini yüksəldə biləcəyinə işarə edən ilk tibb jurnalı oldu. Yuxarıda qeyd edildiyi kimi gümüş bir çox viruslar da daxil olmaqla, 650-dən çox müxtəlif xəstəliklərə səbəb olan patogenlərə qarşı effektlidir. Kolloidal gümüş suyu bakteriya və təkhüceyrəli patogen mikroorqanizmlərin fermentinin təsirini 6 dəqiqə ərzində məhv edir. Gümüş suyunun müalicəvi tərəfini müdafiə edən tədqiqatçılar gümüş tərkibli məhlulun içildikdə kolloid içərisindəki gümüş ionları arasında elektromaqnit cəzbetmə qüvvəsinin meydana gəldiyinə və beləliklə, patogen hüceyrələri öldürdüyünə inanırlar. Belə ki, nəticədə orqanizmdə immun sistemin funksiyasını dəstəkləyir və möhkəmləndirir. Tədqiqatçılara görə kolloid gümüşdən istifadə zamanı insan ikinci bir immunitet sisteminə sahib olur. Gümüş orqanizmin zərərli mikroblarını məhv etməklə, vücudun öz təbii immunitet sisteminin mənfi yükünü azaldır ki, mikrob, virus və göbələklərin aktivliyi azalır, məhv olur və getdikcə toksinləri təmizlənir. Gümüşün nazik bağırsaqdakı yüksək qatılığı həzmə kömək edən saprofit bakteriyaları məhv etməməsi də tədqiqatçılar tərəfindən testlərlə sübut olunmuşdur. Bu “ikinci immunitet sistemi” əsas sistemlə paralel olmaqla çalışır. Dr. R. Beker tərəfindən zəif qatılıqda hazırlanmış kolloidal gümüş ilə xəstəlik arasındakı əlaqələr öyrənilmişdir: Belə ki, gümüşün qanda az miqdarda olması zamanı insanların qrip, soyuqdəymə və digər xəstəliklərinə daha tez tutulması haqqında da məlumatlar vardır. İmmunitet sisteminin qeyri-kafi işinin səbəbi gümüşün qanda çatışmamasıdır. Bakteriya və virusların yox edilməsində gümüş xüsusi əhəmiyyət daşıyır. Tədqiqatçının təcrübələri gümüşün geniş bir antibakterial və antiviral spektrli olduğunu, hər hansı bir əlavə təsir olmadan və digər orqanizm hüceyrələrinə zərər vermədən çalışdığını sübut etmişdir. “Orqanizm elektrik və xətt cərəyanları" kitabında qeyd edildiyi kimi Beker gümüşün xərçəng hüceyrələrini normal hüceyrələrə çevirmə və ya onları dəyişdirmə qabiliyyətinə sahib olduğunu sübut etmişdir. Gümüş ionlarının toxumaların mübadilə xüsusiyyətlərini yaxşılaşdırdığını, xərçəngli və digər anormal hüceyrələri yox etdiyi düşünülür. Ayrıca gümüşün orqanizmin böyümə qabiliyyətinin sürətləndirmə kimi bir bacarığının da olduğu və insan orqanizminin elektrik yükü keçiriciliyinin dəfələrlə sürətləndirməsi də tədqiqatçı tərəfindən qeyd edilmişdir. İsveçin Karolinska İnstitutunda Dr. Bjorn Nordstrom uzun illər ərzində xərçəng xəstəliyinin müalicəsi metodlarında gümüşü tədqiq etmişdir. Tədqiqatçının nəticələrinə əsasən digər həkimlərin xərçəngin terminal mərhələ hesab etdikləri mərhələsində bu xəstəliyin yaxşılaşdığı iddia edilir. Kolloidal gümüş suyu antibiotik və xərçəng əleyhinə təsirli dərman kimi bir çox şirkətlər tərəfindən satılır. Kollodial gümüşün istehsalçısının iddialarına görə də təsirli və təhlükəsiz olduğu təqdir edilməkdədir. Nə qədər miqdardakı kollodial gümüşün zərərli ola biləcəyi bilinmir. Lakin bədən toxumalarına həddindən artıq kolloidal gümüş dozalarının toplanılması böyrəklərə ziyandır və nevroloji cəhətdən ciddi sağlamlıq problemlərinə yol aça bilər (Dr. Brent A. Bauer-Mayo Klinikası). Gümüşün antibiotik xüsusiyyəti non-seçmə təsiri toksik “biosid” olmasından qaynaqlanır (Conatan Kampbell). Lakin orqanizmdə gümüş ionlarının “olmaması” və bu “olmama” da heç bir xəstəliklərə yol açmır. Bir araşdırma zamanı 500 mg - 1.9 qr gümüş tərkibli protein itlər üzərində təcrübə edilmişdir. Bu miqdar 75 kq ağırlığında pasiyentə 150-570 litr, 10 ppm kolodial gümüş və ya 75 mg 285 litr, 20 ppm kolodial gümüş ya da 50-190 litr, 30 ppm kolodial gümüşün dəyərindədir. Qudman və Gilman insanlar üçün gümüşün təxmini toksiki-öldürücü dozasının 1000 litrdə 10 ppm qatılığı olan kolloidal gümüşün qısa müddətdə qəbul edilməsinin ola biləcəyini hesab edir. Dünyanın bir çox klinikalarında kolloidal gümüşün sızanaq, açıq yaralar, ayaq göbələkləri, ekzema (sədəf) xəstəliyi, uçuqlar (herpes), badamcıq iltihabı (angina), qrip, soyuqdəymə, diş ağrısı (ilktihabı), diş qanaması və parodontoz, ağız və boğaz infeksiyaları, göz infeksiyaları (konyuktivit, blefarit, keratit, qlaukoma), sistit, revmatizm, oynaq ağrıları, diabet (şəkər) xəstəliyi, ağızda qoxu, ağciyər iltihabı (vərəm), sinuzit, bütün növ yanıqlar, sidikyolu iltihabı, yumurtalıq iltihabı, prostatit, kəsik və açıq yaralar, dəri allergiyaları, qulaq-burun-boğaz iltihabları, göz qapağı infeksiyaları, çibanlar, günvurmalar, qızılca, ağcaqanad və arı sancmaları, vəhşi heyvanların dişləmələri, saçların tökülməsi, flebit, qastrit və xora xəstəlikləri, ishal, hepatit, sirroz, parazit xəstəlikləri, bronxit, bronxoektaziya, səsbatma, hemorroid sindromu, qanqrena, donvurma, damar tutulmaları, dəri qaşınmaları, vaginal mikoz, günəş yanıqları, kandidoz, stomatit, orxit, prostatit, kolit, ishal, salmonella, pastit, sümük xəstəlikləri, qida allergiyaları, otit, xərçəng və digər bir çox xəstəliklərin müalicəsində olduqca faydalı olduğu praktik olaraq sübut olunmuşdur.

 

Sonda bir fikri daha çox vurğulamaq istəyirəm. Kolloidal gümüş suyunun faydası həm müalicə və həm də profilaktik məqsədlərlə istifadə edilir. Yəni bəhs etdiyimiz ağır xəstəliklərə, eyni zamanda indiki şəraqitdə tüğyan edən koronavirusun müalicə və profilaktikası üçün düşünürəm ki, bu ecazkar dərmanın faydası daha çox olardi!

  

Ramiz Ələkbərov

AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun 

İnnovasiya və elmi-istehsalat şöbəsinin rəhbəri, biologiya üzrə fəlsəfə doktoru, dosent

 

 

ÇOX OXUNANLAR
 Quba Regional Perinatal Mərkəzinin komandası 28-ci həftəsində doğulan körpənin həyatını xilas edib   
Hidrogen xərçəng də daxil olmaqla geniş spektrli xəstəlikləri müalicə edə bilər
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının kardioloqu - İlqar Quliyev
Hepatoloq Tofiq Əkbərov Türkiyədə XV Beynəlxalq Hepatoloji Konqresdə iştirak edib  
Endokrinoloq mühüm elementi olan “xərçəng əleyhinə” menyu təqdim edib
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini onkoloji xəstəlikdən vəfat edib
Həyat yoldaşına böyrəyini bağışladı
Rəşad Mahmudov Lənkəranda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş elmi seminarda çıxış edib
 Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır - Fərman
 Doğuş prosesini təcili tibbi yardım avtomobilində idarə edən tibb işçiləri təltif olunublar   
Sumqayıtda tədbir: “Azərbaycan səhiyyəsinin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır” 
Estetik cərrahiyyə və kosmetoloji sahədə qanun pozuntularına yol verən 9 klinika rəhbərliyi məsuliyyətə cəlb olunub
Ordubad Rayon Uşaq Xəstəxanasında məktəb şagirdləri üçün tibbi aksiya təşkil olunub