Əhaliyə maska ilə bağlı növbəti XƏBƏRDARLIQ
11.06.2021 11:04

Baş Dövlət Yol Polisi İdarəsi ictimai nəqliyyatdan istifadə edən vətəndaşlara xəbərdarlıq edib.

 

İdarədən verilən məlumatda qeyd edilir ki, Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli qərarı ilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən məcburi istifadə edilməsinə dair tələb ləğv olunub: “Lakin bu o demək deyil ki, qapalı məkanlarda, o cümlədən ictimai nəqliyyatda qoruyucu maskalardan istifadə etməmək olar.

 

Belə ki, Nazirlər Kabinetinin 2020-ci il 29 may tarixli 189 nömrəli qərarına əsasən, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.) tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) mütləq istifadə edilməlidir.

 

Qeyd olunanları nəzərə alaraq, bir daha vətəndaşlardan qapalı məkanlarda, həmçinin ictimai nəqliyyatda qoruyucu maskalardan istifadə etmələrini xahiş edir və ümid edirik ki, hər birimiz məsuliyyətli olmaqla koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə müəyyən olunmuş qaydalara riayət edəcəyik”.

 

 
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər