Dünyada COVID-19 virusuna yoluxanların sayı 175 milyonu ötüb
10.06.2021 09:33

Dünya üzrə COVID-19 infeksiyasına yoluxanların sayı 175 milyon nəfəri ötüb.

 

Aztibb.az pandemiyanın statistikasını aparan "Worldometer" saytına istinadla xəbər verir ki, iyunun 10-dək bütün dünyada koronavirusa 175 milyon 216 min yoluxma qeydə alınıb. Həmçinin infeksiya səbəbindən ölənlərin sayı 3 milyon 778 min nəfərə, sağalanların sayı isə 158 milyon 740 min nəfərə çatıb.

 

ABŞ COVID-19 infeksiyasına yoluxma hallarının sayına görə lider olaraq qalır. Burada koronavirusa yoluxanların sayı 34 milyon 264 min nəfəri keçib, 613 min 494 nəfər infeksiya səbəbindən həyatını itirib, 28 milyon 254 mindən çox insan isə sağalıb.

 

Yoluxanların sayına görə ikinci yerdə qərarlaşan Hindistanda 29 milyon 183 min nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 359 min 695 nəfər vəfat edib, sağalanların sayı 27 milyon 655 min nəfərə çatıb.

 

Yoluxma göstəricisi üzrə üçüncü pillədə Braziliya qərarlaşıb. Bu Cənubi Amerika ölkəsində pandemiya dövrü ərzində 17 milyon 125 min nəfər virusa yoluxub, onlardan 479 min 791 nəfəri ölüb, 15 milyon 596 min nəfəri sağalıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər