Gül suyu dəri problemlərini aradan qaldırır  
08.06.2021 21:39

Keçmişdə gül suyundan yalnız xoş qoxulu ətriyyat kimi istifadə edilirdi. Zaman keçdikcə onun gözəllik sahəsində də bir sıra faydaları məlum oldu. Xüsusilə dəriyə qulluq vasitəsi kimi gül suyu geniş tətbiq edilir. Onun antibakterial, təmizləyici və tonlaşdırıcı xüsusiyyətləri var.

 

Aztibb.az tibb saytlarına istinadla xəbər verir ki, dəri yaşlaşmasının qarşısının alınmasında, alt qatlara daxil olaraq oradakı piy və çirki təmizləməkdə onun müstəsna əhəmiyyəti var.  Gül suyu pilinqdən sonra üzdəki gərginliyi, quruluğu və qaşıntını aradan qaldırır, üzdə yaranmış qızartını götürür, simanı canlı və parlaq göstərir.

 

O, ultrabənövşəyi günəş şüalarının səbəb olduğu dəri yanıqlarının müalicəsində də mühüm rol oynayır. Yanıq ağrılarını sakitləşdirir və sağaldır. 

 

Gül suyu üzdəki civzələri aradan qaldırır. Makiyajdan əvvəl üzə vurulması simanın daha təbii və qüsursuz görünməsini təmin edir, gözaltı torbaları və şişkinliyi aradan qaldırır.

 

Gül suyunun istifadə qaydası ilə əlaqədar resept: “6 xörək qaşığı gül suyu, 1 xörək qaşığı rəndələnmiş sabun və 1 xörək qaşığı qliserin qarışdırılaraq istifadə olunur. Quru dəri üçün gül suyuna 1 xörək qaşığı badam yağı və 1 çay qaşığı qliserin əlavə edilib qarışdırılaraq tətbiq edilir”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər