Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 11:28

Uşaq nevroloqu, professor Sedat Işıkay uşaqlarda qısa müddətli dalıb getmənin və ətrafdakılara reaksiya verməmənin epileptik tutma əlaməti ola biləcəyini bildirərək valideynləri diqqətli olmağa çağırıb.

 

Aztibb.az "CN Türk"ə istinadən yazır ki, uşaqlar bəzən oyun oynayarkən, dərs dinləyərkən və ya söhbət zamanı qəfil dayanır, bir neçə saniyə ərzində ətrafda baş verənlərə reaksiya vermirlər. Bu hallar çox vaxt dalğınlıq və ya diqqət dağınıqlığı kimi qəbul edilsə də, bəzi hallarda epileptik tutmanın əlaməti ola bilər.

 

Professorun sözlərinə görə, uşaqlarda bütün epileptik tutmalar qıcolma və yıxılma ilə müşayiət olunmur. Bəzi tutmalar yalnız bir neçə saniyə davam edən dalıb getmə və şüurun qısa müddətə itməsi şəklində özünü göstərir. Xüsusilə bu hallar tez-tez təkrarlanırsa, səbəbi araşdırılmalıdır.

 

Bununla belə, hər dalğınlıq epilepsiya demək deyil. Yorğunluq, yuxu rejiminin pozulması və diqqət problemləri də oxşar vəziyyət yarada bilər. Düzgün qiymətləndirmə üçün epizodların xüsusiyyətləri, nə qədər tez-tez baş verməsi və uşağın həmin vaxt ətrafdakılara reaksiya verib-verməməsi nəzərə alınmalıdır. Zərurət olduqda uşaq nevroloqunun müayinəsi və elektroensefaloqrafiya (EEQ) tətbiq edilə bilər.

 

Professor valideynlərə təkrarlanan dalıb getmə hallarını diqqətdən kənarda qoymamağı, epizodların müddətini, tezliyini və hansı şəraitdə baş verdiyini qeyd etməyi tövsiyə edib. Epileptik tutma şübhəsi olduqda uşağın mütəxəssis tərəfindən müayinə olunması erkən diaqnoz və düzgün müalicə baxımından vacibdir.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub
16 Oktyabr Ümumdünya Qida Günüdür - Sağlam gələcək və davamlı resurslar üçün nə etməliyik?
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda xroniki ağrılarda fizioterapiyanın roluna dair seminar keçirilib
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər