Məktəblilərin qida çantasında hansı məhsullar olmalıdır?
26.10.2026 10:32

Məktəblilərin sağlam böyüməsi, fiziki və zehni inkişafı üçün düzgün və balanslaşdırılmış qidalanma mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, uşaqların məktəbə aparacağı qidaların seçilməsində valideynlərin üzərinə böyük məsuliyyət düşür. Qida çantasında uşağın enerji ehtiyacını qarşılayan, vitamin və minerallarla zəngin, faydalı məhsulların yer alması vacibdir.

Aztibb.az xəbər verir ki, Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 7 nömrəli Uşaq Poliklinikasının həkim-pediatrı Elnarə Qurbanova uşaqlar üçün faydalı qidaların seçilməsi ilə bağlı tövsiyələrini bölüşüb.

Həkimin sözlərinə görə, uşaqların əzələ və toxumalarının inkişafı üçün zülalla zəngin qidalar vacibdir. Bu baxımdan, qaynadılmış yumurta, ət və ət məhsulları, balıq, eləcə də quş əti məktəblilərin qida çantasına daxil edilə bilər.

Pediatr qeyd edib ki, meyvə və tərəvəzlər vitaminlərlə zəngin olmaqla uşaqların sağlamlığının qorunmasına kömək edir. Alma, banan və üzüm kimi meyvələr, yerkökü və xiyar kimi tərəvəzlər uşaqların gündəlik qidalanmasında yer almalıdır.

Tam taxıl məhsulları lif və karbohidrat mənbəyi kimi orqanizmi enerji ilə təmin edir. Taxıl çörəyindən hazırlanmış sendviçlər, krekerlər və simit məktəbli çantası üçün uyğun seçimlər sırasındadır.

Elnarə Qurbanovanın sözlərinə görə, süd məhsulları da uşaqların qidalanmasında mühüm yer tutur. Kalsiumla zəngin olan pendir, qatıq və süd sümük və dişlərin sağlam inkişafına dəstək verir. Bununla yanaşı, uşaqların qida rasionuna qoz, badam kimi çərəzlərin və quru meyvələrin əlavə edilməsi də faydalıdır. Bu məhsullar orqanizmi vacib qida maddələri ilə təmin edir.

Həkim-pediatr məktəblilərin çantasına qoyulan içkilərin seçiminə də diqqət yetirməyin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, uşaqlar üçün ən uyğun içki sudur. Şəkər əlavə edilməmiş meyvə şirələri isə miqdarına diqqət yetirilməklə qidalanmaya daxil edilə bilər.

Elnarə Qurbanova bildirib ki, balanslaşdırılmış və qida maddələri ilə zəngin qidalanma uşaqların normal inkişafı, diqqətini cəmləməsi və dərs prosesində fəallığı baxımından əhəmiyyətlidir. Buna görə də valideynlər məktəblilərin qida çantasını hazırlayarkən məhsulların həm qida dəyərinə, həm də müxtəlifliyinə diqqət yetirməlidirlər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub