AMEA-nın vitse-prezidenti ATU-nun kitab sərgisindəki stendi ilə tanış olub
27.10.2026 13:45
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev Azərbaycan Tibb Universitetinin (ATU) 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təqdim olunan stendini ziyarət edib.
 
 

Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.

 

Bildirilib ki, akademik Rasim Əliquliyev universitetin nəşriyyat fəaliyyəti, yeni çapdan çıxmış dərslik və dərs vəsaitləri ilə yaxından maraqlanıb, ATU-da elmi biliklərin sistemli şəkildə toplanması, nəşri və tədris prosesinə inteqrasiyası istiqamətində görülən işlərlə tanış olub.

 

Sərgü müddətində abituriyentlərin, tələbələrin, müəllimlərin və digər sərgi iştirakçılarının diqqətini cəlb edən ATU stendi geniş maraq doğurub. Stendi ziyarət edənlər arasında akademik Nizami Cəfərov, çağdaş ədəbiyyatın görkəmli nümayəndəsi Seyran Səxavət, xalq şairi Sabir Rüstəmxanlı, millət vəkilləri - Vüqar Rəhimzadə, Azay Kərimov və digər tanınmış şəxslər var.
 
ATU-nun sərgidə iştirakı yalnız universitetin nəşrlərinin tanıdılması baxımından deyil, həm də elmi biliklərin cəmiyyətə çatdırılması, mütaliə mədəniyyətinin təşviqi və təhsildə informasiya əlçatanlığının artırılması baxımından xüsusi əhəmiyyətə malikdir. Bu yanaşma Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərindən 4-cü — Keyfiyyətli təhsil məqsədinin əsas hədəfləri ilə uzlaşır. Məqsəd hər kəs üçün inklüziv və bərabər keyfiyyətli təhsilin təmin edilməsini, eləcə də ömürboyu öyrənmə imkanlarının təşviqini nəzərdə tutur.
 
ATU-nun sərgidə təqdim etdiyi nəşrlər, kitabxana xidmətləri və elektron resurslar elmi biliklərin daha əlçatan olmasına, təhsil və tədqiqat imkanlarının genişlənməsinə, həmçinin dayanıqlı inkişaf üçün zəruri olan bilik cəmiyyətinin formalaşmasına töhfə verir.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?